ELM VƏ TƏHSİL


UNEC Türkiyənin onlayn beynəlxalq təhsil sərgisində iştirak edib

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Türkiyənin onlayn formatda təşkil etdiyi “a2 Beynəlxalq təhsil sərgisi”ndə iştirak edib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, beynəlxalq sərgidə Avropa, Amerika və digər xarici ölkələrin 41 təhsil və tədris müəssisəsi təmsil olunub.

İqtisad Universitetinin də qatıldığı ilk onlayn sərgidə 5 mindən çox tələbə qeydiyyatdan keçib. UNEC-in stendini ziyarət edən tələbələr universitetlə bağlı ətraflı məlumatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.