ELM VƏ TƏHSİL


UNEC-də startap klubu yaradılıb

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının nəzdində startap klubu yaradılıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, klubun yaradılmasında məqsəd Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) təhsil alan və startap ideyaları olan tələbələrə dəstək göstərməkdir. Klub startap ideyalarını reallaşdırmaq istəyən tələbələrə kiçik biznesin yaradılması, maliyyələşdirilməsi, marketinqi və digər mövzularda təlimlər keçəcək, eyni zamanda, ödənişsiz konsultasiya xidməti göstərəcək. Təlimlərlə yanaşı, İSE tələbələri arasında ildə bir dəfə startap müsabiqəsinin keçirilməsi də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.