ELM VƏ TƏHSİL


UNEC-də yeni tələbə-rektor seçilib

Bakı, 15 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti tələbə-rektor seçkiləri keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tələbə-rektor Elmir Sadıqovun fəaliyyət müddəti başa çatdığı üçün qaydalara uyğun olaraq, yenidən seçkilər təşkil olunub.

Seçkidən öncə tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova universitetdə tətbiq olunan tələbə-rektor institutunun məqsədi barədə məlumat verib. Bildirib ki, əsas məqsəd tələbə özünüidarəetmə sisteminin yaradılması, şəffaf, səmərəli idarəetmə mexanizminin inkişafı, tələbələrlə universitet rəhbərliyi arasında əlaqələrin beynəlxalq təcrübə əsasında müəyyənləşdirilməsidir.

Prorektor tələbələri seçkilərdə obyektiv olmağa çağırıb.

Sonra fakültə namizədləri platformalarını açıqlayıblar. Çıxışlardan sonra səsvermə keçirilib. Səsvermənin nəticəsinə görə, Maliyyə və mühasibat fakültəsinin 3-cü kurs tələbəsi Cavidan Adilzadə yeni tələbə-rektor seçilib.

Seçkilər UNEC-in rəsmi “Facebook” səhifəsi ilə canlı yayımlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.