ELM VƏ TƏHSİL
UNEC-in Zaqatala filialında yeni tədris ilindən təhsil haqları azaldılacaq
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında yeni tədris ilindən ixtisas sayı və qiyabi qəbul planı artırılacaq, təhsil haqları isə azaldılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayev elmi şuranın 2017/2018-ci tədris ili üzrə iclasında məlumat verib.
Sonra UNEC-in Dərbənd filialının direktor müavini Təranə Abasova müasir tələblərə cavab verən, yüksək maddi-texniki baza ilə təmin olunan filialda tədrisin Q.Plexanov adına Rusiya İqtisad Universitetinin proqramı əsasında aparıldığını diqqətə çatdırıb. Bildirilib ki, Dərbənd filialında təhsil alan tələbələr UNEC və Fransanın Montpelye Universitetinin ikili diplom proqramında iştirak edə bilərlər. Eyni zamanda, Dərbənd filialında əyani təhsil forması üzrə təhsil alan və imtahanlarda ən yüksək nəticə göstərən iki tələbə təhsilini bir semestr ərzində UNEC-in Rus İqtisad Məktəbində davam etdirmək imkanı qazanacaq.