ELM VƏ TƏHSİL


UNEC tələbələri “PAŞA Bank”ın təqaüdünü qazanıblar

Bakı, 5 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) tələbələri “Mən PAŞA Bank təqaüdçüsüyəm” layihəsinin qalibi olublar.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “PAŞA Bank” və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə həyata keçirdiyi layihə elektron qeydiyyat və müsahibə olmaqla iki mərhələdə aparılıb. Sonda 5-i UNEC tələbəsi olmaqla 20 tələbə qalib seçilib. Hər bir təqaüdçü il ərzində hər ay 145 manat məbləğində təqaüdlə təmin ediləcək.

Layihənin məqsədi yerli universitetlərin istedadlı və ictimai sahədə fəal tələbələrini həvəsləndirmək, eləcə də özəl və dövlət sektorlarını güclü insan resursları ilə təmin etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.