CƏMİYYƏT


UNESCO İspaniyada yeni biosfer qoruqları yaradılmasını elan edib

Madrid, 20 iyun, AZƏRTAC

UNESCO Parisdə qurumun “İnsan və biosfer” Proqramı çərçivəsində İspaniyada Valye-del-Kabriel və Alto-Turiya biosfer qoruqları yaradılmasını elan edib.

AZƏRTAC xəbər verir ki, yeni biosfer qoruqlarının yaradılması bioloji müxtəlifliyin qorunub saxlanmasına, sərvətlərin ənənəvi istifadəsi və yerli əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədilə hər bir ərazinin yerli adətlərinə milli bağlılığı və 2030-cu ilədək gündəlikdə duran dayanıqlı inkişaf məqsədlərinə riayət edilməsini nəzərdə tutur.

İspaniyanın UNESCO-dakı səfiri Andres Perello deyib: “Biosfer qoruqlarına görə İspaniya dünyada birinci yeri tutur. Bu fakt ölkədə ekoloji siyasətin “fəaliyyət göstərməsinin” və ölkənin bu sahədə güclü olmasının təzahürüdür”.

İspaniya 52 biosfer ehtiyatına malikdir ki, bu da onun mühafizə edilən rayonların sayının çoxluğuna görə dünyada liderliyini təsdiqləyir. İspaniya biosfer qoruqları şəbəkəsi 6 milyon hektardan çox ərazini əhatə edir. Bu, ölkə ərazisinin 12 faizini təşkil edir və burada təqribən 2 milyon insan yaşayır.

Qeyd edək ki, biosfer qoruqları şəbəkəsi 123 ölkədə yerləşən 726 ərazidən ibarətdir.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.