CƏMİYYƏT


ÜST əczaçılıq şirkətlərini yeni dərman və vaksinlər barədə bütün klinik məlumatları açıqlamağa çağırıb

Bakı, 8 may, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dərmanlara Nəzarət üzrə Orqanların Beynəlxalq Koalisiyası (ICMRA), əczaçılıq sənayesini bütün yeni dərman preparatları və vaksinlər o cümlədən COVID-19-a qarşı olanlar barədə məlumatları təqdim etməyə çağırıb.

AZƏRTAC-ın xəbər verdiyinə görə, ÜST vurğulayıb ki, söhbət insanların həyatı və sağlamlığı barədə gedir, buna görə də klinik tədqiqatlarla bağlı hesabatlar məxfi məlumatlar redaktə edilmədən dərc edilməlidir.

İki qurumun birgə bəyanatında bildirilir, ki məlumatların tamlığı çox vacibdir. Mütəxəssislərin fikrincə, bu çağırış COVID-19 pandemiyası kontekstində, yalnız fövqəladə hallarda istifadə üçün nəzərdə tutulan dərmanların bazara daxil olması fonunda son dərəcə aktualdır.

Ekspertlər bütün məlumatların dərc edilməsi zamanı "piratçılıq" riskinin mövcud olduğunu etiraf edirlər. Bu məlumatlar bu və ya digər istehsalçının rəqibləri tərəfindən kommersiya məqsədləri üçün istifadə edilə bilər. Lakin ÜST hesab edir ki, bu risklər insanların həyatı və ölümü ilə bağlı risklərdən qat-qat aşağıdır.

Bir çox halda, sınaqlar başa çatdıqdan sonra bütün nəticələr, o cümlədən aşkar edilmiş problemlər deyil, yalnız rəsmi protokollar dərc olunur. Ekspertlərin fikrincə, bu cür yanaşma, cəmiyyətin yeni vaksinlərə və dərmanlara olan etibarını azaldır.

ÜST əczaçılıq şirkətlərini yeni dərmanlar və vaksinlər üzərində aparılan tədqiqatların nəticələrinin səhiyyə sahəsində qərarların qəbul edilməsində iştirak edən hər kəsə əlçatanlığını təmin etməyə çağırır. Onlar qeyd edirlər ki, həm müsbət, həm də mənfi klinik məlumatlara çıxış olmalı, yalnız xəstələrin fərdi məlumatları istisna edilə bilər.

“COVID-19 pandemiyası, məlumatların əldə edilməsinin ictimai inam üçün nə dərəcədə vacib olduğunu göstərdi. ICMRA və ÜST, əczaçılıq sənayesini tez bir zamanda və qanunvericilikdəki dəyişiklikləri gözləmədən könüllü olaraq bütün sınaq nəticələrinə məhdudiyyətsiz çıxışı təmin etməyə çağırır ... ", - deyə bəyanatda deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.