Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulur VİDEO

Bakı, 21 aprel, AZƏRTAC

Dövlət başçısının tapşırığına uyğun olaraq, respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində həyata keçirilən layihələrdən bəziləri Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonları ərazisində icra olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında imzalanmış kredit sazişi çərçivəsində Şəki rayonunun Dərəcənnət və Təpəcənnət, Yevlax rayonunun Qaraoğlan və Quşçu, Ucar rayonunun Alpı və Qulabənd, Zərdab rayonunun Yarməmmədbağı, Körpükənd və Əlvənd və Ağcabədi rayonunun Şənlik kənd yollarının bərpasının maliyyələşdirilməsi qərara alınıb. Layihəyə əsasən, sözügedən kənd yollarının ümumi uzunluğu 61.7 kilometrdir. IV texniki dərəcəyə uyğun olaraq bərpa edilən yolların hər birinin eni 10 metr təşkil edir. Yolların gediş-gəliş hissəsinin eni 3.5 metr olmaqla 7 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 1.5 metr olmaqla 3 metrə bərabərdir.

Görülən işlər çərçivəsində Şəki rayonu ərazisində Təpəcənnət və Dərəcənnət kənd yolları layihəyə uyğun olaraq, torpaq yatağının normativ eninin alınması üçün genişləndirilib və yeni yol yatağı inşa olunub. Bununla yanaşı, uzunluğu 5.2 kilometr olan Təpəcənnət yolunda 14 ədəd, uzunluğu 6.2 kilometr olan Dərəcənnət kənd yolunda isə 24 dairəvi suötürücü boru quraşdırılıb, həmçinin 1 düzbucaqlı su keçidi inşa edilib. Hazırda hər iki yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

Layihəyə uyğun olaraq, Yevlax rayonunda da 2 kənd yolunun yenidən qurulması işləri icra olunur ki, artıq bu işlər də son mərhələdədir. Bu, 4.4 kilometr uzunluğa malik Qaraoğlan və 3.2 kilometrlik Quşçu kənd yollarıdır.

Sözügedən kənd yolları boyunca deformasiyaya uğramış örtüyün bərpası məqsədilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, yeni yol yatağının inşası aparılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçirilir və hərəkət hissə asfalt örtüyü döşənməsi üçün hazır vəziyyətə gətirilir. Yollar boyunca mövcud suötürücü borular istismara yararsız vəziyyətdə olduğundan, ümumilikdə 57 nöqtədə dairəvi suötürücü boruların quraşdırılması işləri yerinə yetirilir.

Ucar rayonunda isə 3.5 kilometr uzunluğa malik Alpı və 3.4 kilometrlik Qulabənd kənd yolları inşa edilir. Hər iki yolda işlər artıq yekunlaşmağa doğru gedir. Belə ki, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, sözügedən yollarda yeni yol yatağı inşası yekunlaşdırılıb. Hazırda layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası aparılır, yollar boyunca ümumilikdə 31 ədəd dairəvi suötürücü boru quraşdırılır. Bunun ardınca isə yollara 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur.

Analoji işlərin icrası Zərdab rayonu ərazisindəki uzunluğu 15.9 kilometr olan Yarməmmədbağı, 4.7 kilometr uzunluğa malik Körpükənd və 5 kilometrlik Əlvənd kəndlərinin yollarında başlanılıb. Hazırda yollar boyu xüsusi texnikalardan istifadə olunmaqla yatağın genişləndirilərək profilə salınması və IV texniki dərəcəyə uyğun inşası, həmçinin lazımi qarışıqlardan istifadə olunmaqla yol əsasının tikintisi işləri həyata keçirilir. Layihə üzrə Yarməmmədbağı, Körpükənd və Əlvənd kənd yollarında müvafiq olaraq 20, 10 və 9 dairəvi suötürücü borunun quraşdırılması da nəzərdə tutulur.

Zərdab rayonu ilə yanaşı, Ağcabədi rayonunda Şənlik kəndi yolunun da yenidən qurulması işlərinə başlanılıb. Hazırda kəndə gedən 10.2 kilometrlik yolda yeni torpaq yatağı və yeni yol əsası inşa edilir. Mövcud suötürücü borular istismara yararsız vəziyyətdə olduğundan 16 nöqtədə dairəvi suötürücü boruların quraşdırılması işləri və mövcud 2 avtomobil körpüsünün əsaslı şəkildə təmiri də layihəyə daxil edilib.

Texnoloji ardıcıllığa uyğun olaraq, torpaq işlərindən sonra Şənlik kənd yoluna əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq. Tikintiyə texniki nəzarət işlərini İtaliyanın “IRD Engineering” şirkəti yerinə yetirir. Ümumilikdə isə tikinti işləri tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Əsaslı şəkildə yenidən qurulan yerli əhəmiyyətli yollar qeyd edilən 10 kəndin 12 mindən artıq əhalisi ilə yanaşı, bu yollardan istifadə edən bütün vətəndaşların rahat gediş-gəlişini təmin edəcək. Bundan başqa, əhali tərəfindən yetişdirilən kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan rayon mərkəzinə və qonşu rayonlara daşınmasına şərait yaratmaqla bu sahənin inkişafına gətirib çıxaracaq.

Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonlarında 10 kənd yolu yenidən qurulur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO