REGİONLAR


Ucarda pambıq tarlalarının 80 faizi maşınlarla yığılacaq

Ucar, 25 sentyabr, AZƏRTAC

Ucar rayonunda cari mövsümdə 2500 hektarda pambıq yetişdirilib və sahələrin 80 faizə qədəri maşınlarla yığılacaq.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildirilib ki, hələlik sahələrə 3 texnika çıxarılıb. Maşınla pambıq yığımına ilkin olaraq Bərgüşad və Qulabənd ərazi vahidlərindəki tarlalardan başlanılıb.

Qeyd edək ki, sentyabrın 25-nə olan məlumata görə, Ucarda 506,98 ton pambıq yığılıb. Məhsulun 95 faizdən çoxu əl ilə toplanılıb. Məhsul toplanışında hər gün 1300 nəfərədək sakin iştirak edir. Pambıqyığan maşınların tarlalara çıxarılması məhsul yığımını daha da sürətləndirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.