CƏMİYYƏT


Üçrəngli bayrağımıza bürünmüş paytaxt Bakıdan AZƏRTAC-ın fotoreportajı

Bakı, 29 sentyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurması, bir neçə yaşayış məntəqəsini işğaldan azad etməsi xalqımızın Silahlı Qüvvələrimizin hərbi qüdrətinə inamını daha da artırıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizin bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Azərbaycan Ordusuna dəstək ifadə olunur, vətəndaşlarımız Vətən torpaqlarının işğalçılardan azad edilməsi uğrunda döyüşmək üçün ordu sıralarına yazılmaq məqsədilə müvafiq qurumlara böyük ruh yüksəkliyi ilə müraciət edirlər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 2020-ci il 28 sentyabr tarixli Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş plana uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınması ölkə ictimaiyyətinin ruh yüksəkliyi şəraitində həyata keçirilir. Cəmiyyətimizdə hökm sürən sarsılmaz xalq-ordu birliyi, ruh yüksəkliyi bir daha göstərir ki, xalqımız işğal altındakı ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla qürur duyur və ümumi qələbəmiz naminə nəbzi Vətən ilə vuran Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşib.

Bu günlərdə Azərbaycanın bütün bölgələri kimi, paytaxt Bakının da küçə və meydanları vətəndaşlar tərəfindən üçrəngli dövlət bayrağı ilə bəzədilib. Şəhərin küçə, prospekt və meydanlarında əllərində dövlət bayraqları tutan vətəndaşlarımız Vətən uğrunda canlarından keçməyə hazır olduqlarını və işğalçı Ermənistan qoşunlarının tezliklə doğma torpaqlarımızdan qovulacaqlarına əminliklərini bildirirlər.

AZƏRTAC-ın fotomüxbirlərinin paytaxt Bakının küçə, prospekt və meydanlarından çəkdikləri fotoları təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.