SİYASƏT


Ukrayna KİV-ləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı təxribatı barədə yazır

Kiyev, 16 sentyabr, AZƏRTAC

Ukraynanın kütləvi informasiya vasitələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı təxribatı barədə məlumatlar yayıb.

AZƏRTAC xəbər verir ki, rbc.ua, 112.ua saytlarında yayılan məlumatlarda Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində mülki əhalini atəşə tutduğu bildirilir.

Məlumatlarda deyilir: “Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təcili cavab tədbirləri nəticəsində düşmənin aktivliyinin qarşısı alınıb, düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.