MƏDƏNİYYƏT


Ukrayna Krım tatarı haqqında filmi “Oskar”a namizəd göstərib

Bakı, 24 avqust, AZƏRTAC 

Ukraynanın “Oskar” komitəsi Nəriman Əliyevin Krım tatarının hekayəsini əks etdirən “Dodomu” ekran əsərini nüfuzlu mükafata namizəd göstərib. Bu barədə məlumat komitənin Facebook səhifəsində yer alıb.

AZƏRTAC “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, bu ekran əsəri 2019-cu ildə Ukraynada filmlərin seçilməsində iştirak edən yeganə namizəddir. Bundan əvvəl “Dodomu” filmi X Beynəlxalq Odessa Kinofestivalının baş mükafatına layiq görülüb. Həmçinin, bu ekran əsərini Kann kinofestivalında da nümayiş etdiriblər.

Kinolentin “Xarici dildə ən yaxşı film” nominasiyasında iştirak etməyə iddia edəcəyi bildirilir. “Oskar” mükafatına namizədlərin yekun siyahısı 2020-ci il yanvarın 13-də elan ediləcək, təqdimat mərasimi isə həmin il fevralın 9-da Los-Ancelesdə keçiriləcək.

Filmdə baş rolları Ahtem Seyidblayev və Rəmzi Bilalov ifa ediblər. Bu ekran əsərinin Ukraynada premyerasının isə noyabrın 7-də keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.