DÜNYA


Ukrayna ilə Rusiya arasında ilk dəfə hərbi əsirlərin qarşılıqlı mübadiləsi həyata keçirilib

Ukrayna ilə Rusiya arasında ilk dəfə hərbi əsirlərin qarşılıqlı mübadiləsi həyata keçirilib

Kiyev, 24 mart, AZƏRTAC

Ukrayna və Rusiya Federasiyası ilk dəfə hərbi əsirlərin qarşılıqlı mübadiləsini həyata keçiriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası məsələləri üzrə nazir İrina Vereşşuk özünün teleqram kanalında məlumat verib.

Ukrayna öz tərəfindən Rusiyanın 10 hərbi qulluqçusunu təhvil verib.

“Bu gün biz, həmçinin ruslara Odessa yaxınlığında batırılmış gəmidən xilas etdiyimiz 11 rusiyalı mülki dənizçini təhvil verdik”, - deyə Vereşşuk yazır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.