DÜNYA


Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsir və girovların mübadiləsi baş tutub

Kiyev, 29 sentyabr, AZƏRTAC

Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsir və girovların mübadiləsi baş tutub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin Aparatının rəhbəri Andrey Yermak bildirib.

Onun sözlərinə görə, Ukrayna 4 hərbçi və iki mülki şəxsi geri qaytarıb. Artıq onlar öz evlərindədilər.

Qeyd edək ki, bundan əvvəl Ukrayna əsir mübadiləsi çərçivəsində 215 ukraynalı hərbçini, o cümlədən 108 “Azov” döyüşçüsünü geri qaytarıb.

 
Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.