DÜNYA


Ukraynada İŞİD terror təşkilatının liderlərindən biri zərərsizləşdirilib

Kiyev, 9 sentyabr, AZƏRTAC

Ukrayna Təhlükəsizlik Xidməti Kiyev şəhərində İnterpol tərəfindən beynəlxalq axtarışda olan İŞİD terror təşkilatının liderlərindən birini zərərsizləşdirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, saxlanılan terrorçu 2018-ci ildə postsovet ölkələrinin birindən Ukraynaya saxta sənədlə daxil olub. Terrorçu Suriya və İraqdakı döyüş əməliyyatlarında iştirak edib, silahlıların seçilməsi və təlimləri ilə məşğul olub, terror hücumları təşkil edib.

O, Ukraynaya gəldikdən sonra Kiyev bölgəsində Orta Asiya ölkələrindən gələn mühacirlər ilə cinayətkar qrup yaradıb və xaricdəki İŞİD qüvvələri ilə əməkdaşlığı koordinasiya edib. Hüquq-mühafizə orqanları onun cinayətkar qrupun üzvləri ilə Ukrayna ərazisində terror aktlarının hazırlanmasında iştirakının mümkünlüyünü araşdırır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.