DÜNYA


Ukraynada ilk dəfə koronavirusa gündəlik yoluxma 3 min nəfəri ötüb

Kiyev, 11 sentyabr, AZƏRTAC

Ukraynada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb, ilk dəfə gündəlik rəqəm 3 mini ötüb.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə son sutkada 3144 nəfər koronavirusa yoluxub, 53 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, Ternopol vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 148 min 756 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 3076 nəfərdir, 66 min 356 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.