DÜNYA


Ukraynada koronavirusla bağlı son statistika açıqlanıb

Kiyev, 22 may, AZƏRTAC

Ukraynada son sutkada 442 nəfər koronavirusa yoluxub, 9 nəfər isə ölüb.

AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 20 min 148 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 588 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 6585 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin elan edilib. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir. Bəzi məhdudiyyətlər bu gündən, bəziləri isə mayın 25-dən ləğv ediləcək.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.