SİYASƏT


Ukraynanın “1+1” telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb VİDEO

Kiyev, 1 mart, AZƏRTAC

Ukraynanın nüfuzlu “1+1” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı və işğaldan azad olunan ərazilərimiz barədə xüsusi reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycan Prezidentinin işğaldan azad olunan ərazilərində yerli əhalinin reinteqrasiyası, Azərbaycan və erməni əhalisinin birgə yaşayışına dair fikirləri yer alıb.

“Ağdam Qafqazın Xerosiması adlandırılır”, - deyən jurnalist, həmçinin reportajda Ağdam məscidinin dağıdılmasından görüntülər təqdim edir, ümumilikdə şəhərin dağıdıldığını qeyd edir. Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etmədiyini vurğulayan ukraynalı jurnalist ərazilərin minalardan necə təmizlənməsi barədə ətraflı məlumat verib.

Reportajda, həmçinin işğaldan azad olunan ərazilərdə infrastruktur layihələr barədə fikirlər də yer alıb. Füzuli rayonunda beynəlxalq hava limanının, yeni magistral yolun tikintisi barədə də məlumat verilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.