SİYASƏT


Ukraynanın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də Ukraynanın Lvov vilayətinin qubernatorunun müavini Roman Filipovun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Qonaqlar, həmçinin dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin məzarını ziyarət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.