MƏDƏNİYYƏT


“Ulduz müharibələri” filminin doqquzuncu hissəsinin rejissorunun adı məlum olub

Bakı, 13 sentyabr, AZƏRTAC

“Ulduz müharibələri” filminin doqquzuncu hissəsinin rejissoru və ssenarisinin müəllifinin adı açıqlanıb.

AZƏRTAC RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə “Lucasfilm” şirkəti məlumat yayıb.

Məlumata görə, 2019-cu ilin mayında işıq üzü görəcək doqquzuncu hissənin rejissoru yenidən Cey Cey Abrams olacaq. O, həmçinin filmin 2015-ci ildə ekranlara çıxdığı yeddinci hissəsinin rejissoru və ssenaristidir.

Qeyd edək ki, filmin səkkizinci hissəsi bu ilin dekabrında prokata çıxacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.