MƏDƏNİYYƏT


“Ulduz”un iyul nömrəsində...

Bakı, 31 iyul, AZƏRTAC

“Ulduz” jurnalının iyul nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi İntiqam Yaşarın “Özüylə söhbəti və şeirləri”ylə açılır. “Nəsr” bölməsində İlhamə Nasir, Günay Səma Şirvan, Nihat Pir, Ruslan Mollayev yeni əsərləri ilə oxucuların görüşünə gəlib. “Qısa fikirlər xəzinəsi” Cəlal Məmmədovun təqdimatında dühaların qısa deyimlərini təqdim edir.

“Şeir vaxtı”nda Məlik Atilayın, “Elegiya”da Elşad Baratın əsərləri yer alıb. “Tərcümə saatı”nda ingilis yazıçısı Livelin Voqan Lidin “Aşiq və Məşuq” əsərini Elmar Vüqarlı oxuculara təqdim edir. “Tənqid”də filologiya elmləri doktoru Vaqif Yusifli “Aysellər”dən yazır. “Türk eli” Ziya Qaratəkinin şeirlərini, İmdat Avşarın “Şəkil və Qaşov” hekayəsini təqdim edir. “Ulduz”un bu nömrəsində oxucular Əlizadə Nuri, Nazim Əhmədli, Şahnaz Şahin, Nərgiz Məhərrəmzadə və Aida Adıgözəlinin şeirlərini, Qalib Şəfahətin novellasını oxuya biləcəklər. “Reportaj”da Nadir Rzalı “Bir masa ədəbiyyat”ı təqdim edir. Nurlana İşığın, Mina Rəşidin yazıları da bu nömrədə yer alır.

“Tribuna”da Abid Tahirli “Mühacirət mətbuatı, Həsən bəy Zərdabi və “Əkinçi” haqqında” yazır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.