SİYASƏT


Ulu Öndər Heydər Əliyevin xatirəsi Vaşinqton şəhərində də anılıb VİDEO

Vaşinqton, 14 dekabr, AZƏRTAC

Azərbaycanın ABŞ-dakı səfirliyində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə xarici işlər nazirinin müavini Fariz Rzayev, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov, səfirliyin hərbi attaşesi Rüstəm Gözəlov, diasporun fəal üzvləri - tərcüməçi Həbib Azərsina, rəssam Əbülfəz Bahaduri və iş adamı Rob Sobhani çıxış ediblər.

Çıxışlarda Ulu Öndərin müstəqilliyimizin ilk illərindən başlayaraq dövlət və ordu quruculuğu sahəsində göstərdiyi müstəsna xidmətlərindən bəhs edilib. Vurğulanıb ki, Ümummilli Lider həyatını doğma xalqına həsr edib. Dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyev qətiyyəti, müdrikliyi və uzaqgörənliyi Azərbaycan xalqını xilas edib. Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün regionun lider dövlətinə çevrilib.

Ölkəmizin istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Ümummilli Liderin zəkasının təcəssümü, onun əmanət qoyduğu milli tərəqqi ideyalarının qələbəsidir.

Tədbir çərçivəsində Ulu Öndərin həyatından bəhs edən fotosərgi təşkil olunub, kitablar nümayiş etdirilib.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.