CƏMİYYƏT
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlər göstərib
Bakı, 10 dekabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə, akademiyanın rəisi, general-mayor Elşən Verdiyev çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açıblar. Çıxışlarda tarixə öz adını əbədi həkk etmiş dahi şəxsiyyətin, Azərbaycanın hər bir vətəndaşının qürur mənbəyinə çevrilən, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışılıb.
Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğunu vurğulayan natiqlər tədbirdə böyük dövlət xadiminin müstəqil Azərbaycanın Sərhəd Mühafizəsinin inkişafındakı misilsiz xidmətlərini, milli hərbçi kadrların, xüsusən də sərhədçi zabitlərin hazırlanmasına göstərdiyi diqqət və qayğını minnətdarlıq hissi ilə xatırlayıblar. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərhədçi kadrların yetişdirilməsinə böyük qayğı göstərərək imzaladığı Sərəncamla yaradılan Dövlət Sərhəd Xidməti Akademiyasının qısa müddətdə ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrildiyi, respublikamızda xüsusi ixtisaslı ali təhsilli sərhədçi zabitlərin hazırlanması, hərbi qulluqçuların peşə hazırlığının təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin aparılması sahəsində yüksək nəticələr əldə etdiyi iftixar hissi ilə vurğulanıb.
Bu gün Prezident, Silаhlı Qüvvələrin Аli Bаş Komаndаnı İlhаm Əliyevin rəhbərliyi ilə istər dахili, istərsə də хаrici siyаsət sahəsində əldə edilən uğurların Ulu Öndərin zəkаsının təcəssümü, miras qoyduğu ideyаlаrın təntənəsi olduğu minnətdarlıq hissi ilə diqqətə çatdırılıb.
Tədbirin sonunda Ulu Öndərin həyatından bəhs edən sənədli film nümayiş olunub.