ELM VƏ TƏHSİL
Ulu öndər Heydər Əliyev milli təhsil sisteminin qurucusudur
Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafı ilə bağlı xidmətlərinə dair məruzələr dinlənilib.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin əməkdaşı Sərraf Hüseynov və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycanda elmin, təhsilin inkişafına göstərdiyi qayğıdan bəhs edib. O, Ulu Öndərin əsasını qoyduğu təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. İcra başçısı ölkəmizdə təhsilin inkişafında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da fəaliyyətini qeyd edib.
Sonra Binəqədi rayonundan “Tərəqqi” medalına, “Əməkdar müəllim” adına layiq görülmüş müəllimlərə, rayonun ictimai-mədəni həyatında fəallıqları ilə seçilən məktəbəqədər təhsil müəssisələrində çalışan işçilərə hədiyyələr təqdim olunub.