ELM VƏ TƏHSİL


Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş elmi konfransların qalibləri müəyyənləşib

Bakı, 17 may, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları başa çatıb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, son olaraq, “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi - 2021” konfransı keçirilib və qaliblər müəyyən olunub.

Konfransın proqramına “Ölçmə və idarəetmə sistemləri”, “Sistemli analiz və modelləşdirmə”, “İntellektual sistemlər və idarəetmə”, “Əşyaların interneti (İoT) və robototexnika”, “Təsvirlərin və siqnalların emalı”, “İrihəcmli verilənlərin, maşınla öyrətmənin və süni-intellektin sənaye tətbiqi”, “Şəbəkələr və bulud texnologiyaları”, “Sənaye şəbəkələrində informasiya təhlükəsizliyi” və “Kibertəhlükəsizliyin problemləri” bölmələri daxildir.

“İntellektual sistemlər və idarəetmə”, “Əşyaların interneti (İoT) və robototexnika” bölmələri üzrə qaliblər Bakı Ali Neft Məktəbinin tələbələri Roman Tolstoşeyev, Azər Sadıxzadə (I yer), Fərid Həmidov (II yer) və Nuridə Şirinzadə (III) olub. “Sistemli analiz və modelləşdirmə bölməsi üzrə Reyhanə Kərimli (BANM) I yerin, Aytac Abdullayeva (BANM), Eyvaz Nəcəfli, Əli Əsgərov, Rüstəm Məmmədli və Şəms Əliyeva III yerin sahibi olublar.

Vəfa Məmmədova (I yer), Səkinə Nağızadə (II yer), Mustafa Ağayev (III yer) konfransın “Ölçmə və idarəetmə sistemləri” üzrə bölməsinin qalibi seçiliblər. AMEA İnformasiya Texnologiyaları İnstitutunu təmsil edən Orxan Vəlixanlı I yerdə, Elşən Bağırov II yerdə, Bakı Ali Neft Məktəbinin təmsilçisi Həmidə Əliyeva isə III yerdə qərarlaşaraq “Kibertəhlükəsizliyin problemləri” bölməsinin qalibi kimi müəyyənləşiblər.

“İrihəcmli verilənlərin, maşınla öyrətmənin və süni-intellektin sənaye tətbiqi” bölməsinin əsas qalibləri BANM təmsilçiləri Eyvaz Nəcəfli, Əli Əsgərov, Rüstəm Məmmədli (I yer), İnformasiya Texnologiyaları İnstitutundan Eltun Əhmədov (II yer) və Tərlan Əhədli (BANM, III yer) olub. İnformasiya Texnologiyaları İnstitutundan Leyla Məmmədova, Bakı Ali Neft Məktəbindən Azər Əliyev və Rəhim Həşimov müvafiq olaraq I, II və III yerləri bölüşüblər.

Konfransa yerli və xarici təhsil müəssisəsindən tələbə və gənc tədqiqatçılar tərəfindən 77 tezis təqdim edilib. Ümumilikdə isə konfranslara 300-ə qədər tezis qəbul edilib.

Qeyd edək ki, artıq ikinci ildir konfranslar beynəlxalq səviyyədə və onlayn keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.