CƏMİYYƏT
Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ATU-da iməcilik keçirilib
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) həyətyanı sahəsində ənənəvi olaraq Ulu Öndərin anım günü münasibətilə iməcilik keçirilib.
AZƏRTAC-a ATU-dan bildiriblər ki, keçirilən iməciliklə bağlı universitetin rektoru, professor Gəray Gəraybəyli deyib:
“Təbiətin, ekologiyanın qorunması həmişə Ulu Öndərin diqqət mərkəzində olub. Biz də bu məqsədlə universitetimizin həyətində ağac və gül kolları əkirik. Əminəm ki, bu gün əkdiyimiz ağaclar bir neçə ilə böyüyəcək, onların kölgəsində müəllim və tələbələrimiz istirahət edəcəklər”.
Universitetin professor-müəllim heyəti və texniki işçilərin iştirak etdiyi iməcilik çərçivəsində müxtəlif ağac tingləri, güllər, dekorativ bitkilər əkilib.