MƏDƏNİYYƏT


“Ümid 2018” incəsənət müsabiqəsinin qalibləri mükafatlandırılacaq

Bakı, 13 yanvar, AZƏRTAC

Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə “Ümid 2018” incəsənət müsabiqəsi keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə ittifaqın sədr müavini Əziz Əzizov çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb. Bildirib ki, yarışmada məqsəd istedadlı uşaq və gəncləri tapmaq və onları üzə çıxarmaqdır. Müsabiqədə Gürcüstan, İran, Ukrayna və Rusiyadan gələn qrupların vokal, musiqi və xoreoqrafik çıxışları dinləniləcək. Sədr müavini qeyd edib ki, “Ümid 2018” yarışmasında iştirakçılar bir neçə janrda (folklor, klassik, estrada və incəsənətin bir neçə növü – mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya) çıxış edəcəklər. Yaş məhdudiyyəti yoxdur. Dörd yaşdan başlayaraq hər bir kəs yarışmada iştirak edə bilər.

Obyektivlik naminə çıxışlar zamanı iştirakçıların hansı studiya və ya məktəbi təmsil etdikləri açıqlanmayacaq. Seçim iştirakçının qeydiyyat nömrəsi ilə aparılır. Onların ifaları əməkdar artistlər və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qeyd edək ki, müsabiqə bu gün başa çatacaq və qaliblər mükafatlandırılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.