İDMAN


Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb

Bakı, 2 avqust, AZƏRTAC

Sentyabrın 23-dən oktyabrın 7-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək 43-cü Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparacaq Azərbaycan yığmasının heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizi Olimpiadada ötən il Avropa çempionluğunu qazanan heyət təmsil edəcək. Belə ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli və Qədir Hüseynov komandamızın idman şərəfini qoruyacaqlar. Avropa çempionatından fərqli olaraq, komandanın kapitanı Eltac Səfərli deyil, Qədir Hüseynov olacaq.

Xatırladaq ki, üçqat Avropa çempionu olan yığma komandamız indiyədək olimpiadalarda medal qazana bilməyib. Bu il keçiriləcək Olimpiadada Azərbaycan yığması reytinq favoritlərindən sayılır. Bu da Azərbaycanın şahmat millisinin olimpiadalarda ilk medalını qazanmaq şansının yüksək olduğunu göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.