ELM VƏ TƏHSİL


Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən konsert proqramı təqdim olunub

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kollecinin tələbələrinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və kollecin 125 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyev haqqında videoçarx nümayiş olunub.

Tədbiri açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə rolundan danışıb. Bildirib ki, 1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik bərqərar oldu, respublikamız vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu.

Daha sonra Yeni Azərbaycan Partiyasında fəal iştirakına görə kollecin müəllim və tələbələrinə mükafatlar təqdim edilib.

Konsert proqramı Musiqi kollecinin istedadlı tələbələrinin ifasında mahnı və musiqi kompozisiyaları ilə davam edib.

Tədbir Elm və Təhsil Nazirliyi, Nəsimi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı, Azərbaycan Milli konservatoriyası nəzdində Musiqi Kollecinin birgə təşkilatçılığı ilə reallaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.