İDMAN


Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş miniturnir keçiriləcək

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş miniturnir keçiriləcək

Bakı, 19 may, AZƏRTAC

Mayın 26-da AFFA-nın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol üzrə miniturniri keçiriləcək.

AZƏRTAC Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına istinadla xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq turnirdə 10 komanda - AFFA, PFL, klublar, hakimlər, veteranlar, media, könüllülər, SOCAR, BOS və sponsorlar iştirak edəcəklər.

Komandalar hər birində beş kollektiv olmaqla, iki qrupa bölünəcəklər. Qruplarda birinci yeri tutan komandalar arasında qalibi müəyyənləşdirmək üçün final oyunu baş tutacaq.

Turnirə saat 16:30-da start veriləcək. Final görüşü saat 20:00-da başlayacaq. Matçlar Bakı Olimpiya Stadionunun əsas meydanında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.