ELM VƏ TƏHSİL


“UniLab”ın virtual konfransa hazırlıqla bağlı görüşü olub

Bakı, 22 iyun, AZƏRTAC

Xəzər Universiteti İnkişaf Mərkəzi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə “UniLab” layihəsi çərçivəsində təşkil olunacaq “Universitetlər və kompaniyalar: tərəfdaşlıqda çətinliklər və perspektivlər” mövzusunda virtual respublika konfransına hazırlıq məsələləri ilə bağlı “Zoom” proqramı üzərindən görüş keçirib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə Xəzər Universiteti İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva, Təbiət elmləri və mühəndislik fakültəsinin dekan müavini Fəxrəndə Əlimərdanova, Təlim və Tədris Mərkəzinin direktoru Ülkər Bayramova və Karyera Mərkəzinin rəhbəri Fəxrəddin Abdullayev iştirak ediblər. Virtual görüşün keçirilməsində məqsəd hazırlıq işlərinin hansı səviyyədə getdiyini, qarşıya çıxan çətinliklər və konfransın gündəliyinin hazırlanması haqqında müzakirələr aparılması olub. Həmçinin görüşdə qarşıda duran növbəti işlər müəyyənləşdirilib və konfransdan əvvəl virtual platformada test görüşünün keçirilməsinə qərar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.