İQTİSADİYYAT


“Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

“Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 26-da Bakı Fond Birjasında (BFB) “Unibank Kommersiya Bankı” ASC-nin tədavül müddəti 6 təqvim ili olan AZ2012002021 dövlət qeydiyyat nömrəli, 15 milyon dollar həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 23 investor tərəfindən 24 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 6 faiz, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödənilir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 15 milyon dollar təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 15 milyon manat olub. Yerləşdirmə üzrə baş anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, sub anderrayter isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.