ELM VƏ TƏHSİL


Uşaqların informasiya təhlükəsizliyinin təmin olunması üçün model və alqoritmlər işlənilir

Bakı, 22 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda intellektual texnologiyaların tətbiqi ilə uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün model və alqoritmlər işlənilir.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Baş mütəxəssis Sabirə Ocaqverdiyeva internetin imkanlarının genişlənməsi və bura daxil olan faydalı və ziyanlı informasiyanın onlayn mühitdə təhlükəsizliyin pozulmasına səbəb olduğunu deyib. Tədqiqatçı uşaqların internet mühitində istifadəçi kimi fəal olmasının onların təhlükələrlə qarşılaşma ehtimalını çoxaltdığını diqqətə çatdırıb.

Bildirib ki, əsas məqsəd internet mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsindən, yaranmış təhlükələrin araşdırılması və problemlərin aradan qaldırılmasından, eləcə də Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılmasından ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.