MƏDƏNİYYƏT


Uşaqların rənglər dünyası...

Bakı, 14 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzi Kitabxana Sisteminin 1 saylı filialında “Uşaqların rənglər dünyası” adlı sərgi təşkil edilib. Baş İdarədən AZƏRTAC-a bildirilib ki, sərgidə 181 və 183 nömrəli tam orta məktəblərin şagirdləri Rəfiqə Məmmədzadə və Ceyhun Qasımzadənin rəsm əsərləri nümayiş olunub.

Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü İsgəndərova Elnarə, kitabxananın müdiri Abdullayeva Ofeliya, 181 nömrəli tam orta məktəbin direktoru Məmmədova Nazilə çıxış edərək gənclərə öz ürək sözlərini və tövsiyələrini veriblər.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.