MƏDƏNİYYƏT


Ustad aşıq Cabbar Cabbarovun “Girov sazın dastanı” adlı kitabı nəşr edilib

Bakı, 16 oktyabr, AZƏRTAC 

Əslən Laçın rayonundan olan ustad aşıq Cabbar Cabbarovun “Girov sazın dastanı” adlı yeni kitabı işıq üzü görüb.

Kitabda ustad aşığın günümüzün reallıqlarını özünü əks etdirən eyniadlı dastanı yer alıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun kitaba yazdığı “Ön söz”də deyilir: “Bu dastan təkcə bir aşığın salnaməsi deyil, XX əsrin sonlarında öz dədə-baba yurdundan didərgin düşərək qaçqınlıq-köçkünlük taleyi yaşayan soydaşlarımızın üzləşdikləri faciələrin bir aşıq tərəfindən təsviri, sazın dili ilə dünyaya car çəkilməsidir”.

Ustad aşığı həm 70 illik yubileyi, həm də yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edir və inanırıq ki, şanlı Azərbaycan ordusunun düşmən üzərindəki inamlı qələbəsi sayəsində tezliklə Laçın rayonu da işğaldan azad olunacaq və aşıq Cabbar Cabbarov da bu dəfə yenidən Laçın torpağında səslənən sazın dastanını yaradacaq.

Xatırladaq ki, Bakıda “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş kitabı nəşrə hazırlayan və redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, məsləhətçi Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəyçi Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.