Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

VİNTSAS KREVE-MİTSKEVİÇYUSUN AZƏRBAYCANDA 28 APREL ÇEVRİLİŞİ HAQQINDA “BOLŞEVIKLƏR” ƏSƏRİ LİTVANIN ELEKTRON KİV-LƏRİNDƏ YAYILMIŞDIR

Bakı, 27 aprel (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, 28 aprel 1920-ci il çevrilişinin iç üzünü açan Litvanın keçmiş konsulunun nadir əsəri Litva, Azərbaycan və rus dillərində yayımlanır.

Litva Azərbaycanlıları Cəmiyyətinin (LAC) təşəbbüsü və dəstəyi ilə RSFSR-in XI ordusunun təcavüzü nəticəsində müstəqil Azərbaycan Respublikasının bolşeviklər Rusiyası tərəfindən 1920-ci il aprelin 28-də zəbt və süqut etməsinin 90-cı ildönümü ilə əlaqədar bu ölkədə bir sıra təbliğat tədbirləri həyata keçirilir.

Aprel çevrilişi barədə həqiqətlərin Litva ictimaiyyətinə, ölkənin siyasi və akademik dairələrinə Avropa düşüncə, dünyagörüşü və həyat tərzinə uyğun şəkildə çatdırmaq məqsədilə LAC məhz Litva yaradıcı adamlarının bu mövzuda yazdıqları əsərlərdən istifadə edir.

Bu aksiya çərçivəsində Litva ədəbiyyatının məşhur klassiki Vintsas Kreve-Mitskeviçyusun yazdığı “Bolşeviklər” adlı sənədli siyasi oçerki Litva dilindən Azərbaycan və rus dillərinə çevrilərək müvafiq şərhlərlə bu günlərdə ölkənin KİV-ləri ilə yayımlanır. Əsəri Litva dilindən Azərbaycan və rus dillərinə Litva azərbaycanlıları cəmiyyətinin və Litva Milli İcmalar Şurasının sədri Mahir Həmzəyev tərcümə etmişdir.

V.Kreve-Mitskeviçyus (1882-1954) 1909-1920-ci illərdə Bakı 1-ci realni məktəbində müəllim işləmişdir. O, eyni zamanda burada ictimai-siyasi və mədəniyyət xadimi kimi fəaliyyət göstərmiş, Litva-Azərbaycan ədəbi-mədəni əlaqələrinin və iki xalq arasında ictimai-siyasi münasibətlərin inkişafına qiymətli töhfələr vermişdir. Azərbaycanda Vikentiy İosifoviç Mitskeviç kimi tanınan bu litvalı xadim 1912-ci ildə Bakı xalq universitetini yaradanlardan biri olmuşdur. Eserlər partiyası Bakı şəhər komitəsi rəhbərliyinin nümayəndəsi olaraq 1917-1918-ci illərdə Bakı şəhər Dumasına deputat seçilmişdir.

Bununla yanaşı, Vintsas Kreve 1918-1920-ci illərdə müstəqil Litva-Azərbaycan dövlətlərarası münasibətlərinin təməlinin qoyulmasında və bu ölkələrin beynəlxalq aləmdə de-fakto tanınmasında bir sıra faydalı işlər görmüşdür. O, 1919-1920-ci illərdə Bakıda Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətində konsulu vəzifəsində çalışmışdır.

V.Kreve 1920-ci ildə Azərbaycanda 28 aprel çevrilişinin bilavasitə şahidi olmuşdur. O, “Bolşeviklər” siyasi oçerkini real tarixi faktlara əsaslanaraq yazmış və bu əsərdə həmin dövrdə Azərbaycanda baş vermiş ictimai-siyasi proseslər əksini tapmışdır. V.Kreve öz əsərində 28 aprel çevrilişinin siyasi, ideoloji və hərbi aspektlərini açıq göstərmişdir. Müəllif bolşeviklər Rusiyasının müstəqil Azərbaycanla münasibətlərdə tutduğu riyakar siyasi mövqe, bu ölkəyə qarşı etdiyi hərbi təcavüzün hiyləgər yollarını və məkrli üsullarını əsərində ustalıqla ifşa etmişdir. Müəllif əsərdə Rusiyadan Azərbaycana zorla “ixrac” edilmiş “bolşevik inqilabının” siyasi və hərbi texnologiyasını da büsbütün açıqlamış, onun həyata keçirilməsinin aldadıcı manevrlərini və süngülər üstündə Bakıya gətirilmiş “Revkom” və “Xalq komissarları sovetinin” əsl mahiyyətini elə həmin günlərdə çox dürüst şəkildə təhlil edərək üzə çıxarmışdır.

“Bolşeviklər” siyasi oçerkində 28 aprel çervrilişində fəal iştirak etmiş “inqilab” xadimləri və xalq komissarları Mirzə Davud Hüseynovun (1894-1938) və Çingiz İldırımın (1890-1937), eləcə də Azərbaycanın dövlət müstəqilliyinin qatı düşmənlərindən biri - Bakı Rus Milli Şurasının sədri, Rusiya Kadetlər partiyası Bakı şöbəsinin sabiq rəhbəri və Bakı şəhər Dumasının keçmiş deputatı Mixail Floroviç Podşibyakinin (1884-1963) dağıdıcı fəaliyyəti barədə bilgilər də yer almışdır. Həmçinin, daşnakların bolşeviklərlə gizli sövdələşməyə girməsi və əlaqələndirici şəkildə hərbi əməliyyatlar aparması, aprel çevrilişi ərəfəsində Azərbaycan milli hərbi qüvvələrinin Ermənistanla sərhəddə cəmləşdirilməsi və nəticədə ölkənin şimal sərhədlərinin müdafiəsiz qalması və digər bu kimi vacib tarixi faktlara toxunulmuşdur.

Üç hissədən ibarət olan bu oçerk ilk dəfə Kaunasda o illərdə Litva dilində nəşr edilən “Tauta” (“Millət”) ictimai-siyasi qəzetinin 1920-ci ilin avqustunda çıxmış 34, 35 və 36-cı nömrələrində çap olunmuşdur. Ondan sonra əsər uzun müddət, təxminən 90 ilə yaxın müddət ərzində təkrarən çap edilməmişdir. Yalnız LAC-ın təşəbbüsü və səyləri nəticəsində 2007-ci ilin noyabrında bu oçerk yenidən Vilnüsdə dövri mətbuatda Litva dilində işıq üzü görmüşdür.

V.Krevenin “Bolşeviklər” siyasi oşerki 28 aprel çevrilişindən dərhal sonra isti-isti yazılmış və nüfuzlu bir avropalı müəllifin sənədli əsəri olaraq Litvanın ictimai-siyasi dairələrində maraqla qarşılanmışdır və həmin dövrün Azərbaycan həqiqətlərini təqdim edən mötəbər yazılı mənbələrdən biri hesab olunur.

Oçerkin orijinaldan Azərbaycan dilinə edilmiş tərcüməsini bu linkdə oxumaq olar: http://www.slaptai.lt/azerbaidzanas/3111-bolevklr.html

 Əsərin ruscaya tərcümə variantı isə həmin saytın bu linkində yerləşdirilmişdir: http://www.slaptai.lt/rusu-kalba/3112-2010-04-26-07-33-18.html

Əsər bu günlərdə Litva dilində də yayımlanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir