ELM VƏ TƏHSİL


Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə davam edir

Bakı, 17 noyabr, AZƏRTAC

Ümumilikdə 7 dövlət orqanında 21 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş ümumi müsahibə davam edir.

AZƏRTAC DİM-in noyabrın 17-si saat 13:00-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 9 nəfər uğur qazanıb. Onlardan 4-ü Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, 3-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 1-i Maliyyə Nazirliyində, 1 nəfər isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, ümumi müsahibədə iştirak üçün 76 nəfər sənəd verib. Müsahibə dekabrın 16-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.