SİYASƏT
Valentina Matviyenko: Rusiya Azərbaycan xalqının Ümummilli Liderinin irsinə dərin hörmətlə yanaşır

Bakı, 1 iyun, AZƏRTAC
Rusiya Federasiyası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin irsinə dərin hörmətlə yanaşır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun iyunun 1-də Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda yer alıb.
Məktubda bildirilir ki, dahi şəxsiyyət, müdrik siyasətçi Heydər Əliyev Azərbaycan xalqının tarixinə əbədi olaraq Ümummilli Lider kimi yazılıb. Ulu Öndər suveren və stabil Azərbaycan dövlətini yaratmağa müvəffəq olub.