SİYASƏT


Varşavadakı Jozef Polinski adına parkda Azərbaycanın və Polşanın müstəqilliklərinin 100 illiyi şərəfinə ağaclar əkilib

Bakı, 17 aprel, AZƏRTAC

Polşa Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Jozef Polinski adına parkda Azərbaycanın və Polşanın müstəqilliklərinin 100 illiyi şərəfinə ağacların əkilməsi mərasimində iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sözügedən parkda, həmçinin Azərbaycan hökuməti tərəfindən “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidə ucaldılıb. Bu abidə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər) Polyak əsilli general Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın şərəfinə ucaldılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.