Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vaşinqton-Bakı əlaqələrinin yeni mərhələsi

Vaşinqton-Bakı əlaqələrinin yeni mərhələsi

ABŞ Azərbaycanı özünün ən dəyərli tərəfdaşı hesab edir

Bakı, 8 iyul, AZƏRTAC

ABŞ-ın 45-ci prezidenti Donald Trampın dövlət başçısı seçilməsi Birləşmiş Ştatların dünya baxışını dəyişdi. Ən azından ilkin təəssürat belədir. Seçkiqabağı təbliğat-təşviqat kampaniyası vaxtında amerikalı milyarderin bəzi fikirləri dünya ictimaiyyəti tərəfindən ikrahla qarşılansa da, o verdiyi vədləri yerinə yetirmək əzmində olduğunu göstərdi. Düzdür, Trampın bəzi müsəlman ölkələrin vətəndaşlarının ABŞ-a daxil olmasını yasaq etməsi birmənalı qarşılanmadı, hətta İslam dünyasında böyük etiraza səbəb oldu. Ancaq o prezident kimi ilk səfərini elə İslam dünyasının mərkəzi hesab olunan Səudiyyə Ərəbistanına etməklə müqəddəs torpaqda öz “günahlarını” yumağa çalışdı.

Ər-Riyadda “Biz birlikdə güclüyük” devizi altında keçirilən Ərəb-İslam-Amerika sammitində çıxış edən ABŞ Prezidentinin ilk mesajı isə bu oldu: “Biz buraya kiməsə yol göstərmək, ağıl vermək üçün gəlməmişik. Biz burada ona görə yığışmışıq ki, qarşılıqlı faydalı əməkdaşlıq, tərəfdaşlıq əlaqələri quraq. Bu əlaqələr hər birimizin maraqlarına cavab verməli, iqtisadiyyatımızı gücləndirməlidir ki, ölkələrimiz daha yaxşı gələcəyə sahib olsunlar”.

Tramp tamamilə haqlıdır. Hər bir ölkə, xalq, millət öz tarixi milli -mədəni adət-ənənə, dini inanc və digər keyfiyyətləri ilə fərqlənir. Eyni zamanda, hər hansı bir dövlətin yüz illər ərzində keçdiyi yolu, yeni müstəqillik əldə edən dövlətlər qısa müddət ərzində keçmək imkanında deyillər. Əsas odur ki, bu istiqamətdə məntiqi, düşünülmüş addımlar atılsın, ölkə demokratik yolda inkişaf etsin, sürətlə digər dövlətlərlə ayaqlaşmağa çalışsın. Lakin bundan təzyiq vasitəsi, ölkələrin daxili işlərinə qarışmaq cəhdi kimi istifadə olunması heç bir məntiqə sığmır.

Bu mənada, ABŞ-ın yeni prezidenti digər ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Təxminən bir ay bundan əvvəl D.Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi iki məktub-müraciətdə əks olunan fikirlər ABŞ-Azərbaycan münasibətlərində də yeni mərhələnin başlandığına işarədir. Bu siyasət ABŞ-ın keçmiş prezidenti Barak Obamanın dövründə ABŞ-Azərbaycan əlaqələrində müşahidə olunan soyuqluğun aradan qaldırılmasını, iki ölkə arasında faydalı və bərabərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini nəzərdə tutur.

ABŞ-ın yeni prezidentinin istər 28 May - Respublika Günü, istərsə də Bakıda keçirilən 24-cü Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi-konfransı ilə bağlı göndərdiyi məktublar Tramp Administrasiyanın Azərbaycana olan rəğbətini, isti münasibətlərini özündə əks etdirir. Hər iki müraciət Birləşmiş Ştatlar prezidentinin Cənubi Qafqaz regionunun söz sahibi ölkəsi olan Azərbaycanla ABŞ arasında iki və çoxtərəfli yeni əməkdaşlıq əlaqələrinin qurulmasına göstərdiyi böyük maraqdan irəli gəlir. Bu, ilk növbədə Azərbaycanın beynəlxalq nüfuzunun artması, dünya birliyi üçün ciddi əhəmiyyət kəsb etməsi ilə bilavasitə bağlı olan bir məsələdir. Təsadüfi deyil ki, Donald Tramp həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyev ilə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bildirib. ABŞ Prezidenti Azərbaycanı Birləşmiş Ştatların dəyərli tərəfdaşı hesab edir və son 25 ildə qurulmuş ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin gücləndirilməsini arzu edir.

Donald Tramp Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri dəstəkləyir və alqışlayır, iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyir. ABŞ Prezidenti Azərbaycan və Amerika xalqlarının rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını səmimiyyətlə arzulayır.

Hər iki ölkənin birgə səylərlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışdığını vurğulayan ABŞ Prezidenti qeyd edib: “ABŞ Azərbaycan xalqının yanındadır və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərin daha da möhkəmləndirilməsinə sadiqdir”.

Bundan əlavə, Donald Tramp Prezident İlham Əliyevə hər iki məktubunda iqtisadi əməkdaşlıq məsələləri, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinə diqqət çəkib. Bildirib ki, ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizini qəti surətdə dəstəkləməkdə davam edir, Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır. Birləşmiş Ştatlar qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir.

Bu barədə fikirlərini bildirən Milli Məclisin deputatı Elman Nəsirov deyib: “ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktublar çox böyük siyasi əhəmiyyətə malikdir. Bu hadisə rəsmi Vaşinqtonun Azərbaycan ilə əməkdaşlığa önəm verməsinin bariz nümunəsidir. ABŞ Azərbaycanın Cənubi Qafqazda rolunu və mövqeyini yüksək qiymətləndirir. Birləşmiş Ştatlar Azərbaycanı zəngin enerji ehtiyatlarına malik ölkə kimi dəyərləndirir. Eyni zamanda, Ağ Ev Administrasiyası Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olduğunun fərqindədir. ABŞ Prezidentinin məktublarından belə qənaətə gəlmək olar ki, Tramp Azərbaycanı təhlükəsiz, dinamik inkişaf edən ölkə kimi dəyərləndirir”.

E.Nəsirovun sözlərinə görə, Barak Obamanın 8 illik hakimiyyəti dövründə Cənubi Qafqaz regionu beynəlxalq siyasətdən kənarda qalmışdı: “Amma Donald Tramp hakimiyyətə gələndən sonra ABŞ-ın xarici siyasətində fərqli yanaşmalar müşahidə olunur. Trampın Azərbaycan Prezidentinə təbrik məktubları yazması bir daha onu göstərir ki, ABŞ-Azərbaycan münasibətlərinin dinamik inkişaf etməsində çox böyük imkanlar var. Bu məktublar rəsmi Vaşinqtonun Azərbaycana xoşməramlı münasibəti kimi dəyərləndirilə bilər. Bu, həm də Donald Trampın Azərbaycan Prezidentinin yürütdüyü müstəqil xarici siyasəti dəstəkləməsi kimi xarakterizə edilə bilər”.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi-siyasi ekspert Emin Həsənli qeyd edib ki, Azərbaycan dünya dövlətləri, o cümlədən Birləşmiş Ştatlarla əməkdaşlıq əlaqələrinə malikdir: “Dövlətimiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə, beynəlxalq terrorizmlə mübarizəyə, dünyada və regionda sülhün bərqərar olmasına həmişə öz töhfələrini verib. Bu mənada, Azərbaycanın ABŞ-a antiterror əməliyyatlarına verdiyi dəstək, eləcə də NATO çərçivəsində Kosovo, İraq və Əfqanıstanda sülhyaratma proseslərində iştirakı xüsusi qiymətləndirilməlidir”.

1992-ci ildə ABŞ Konqresinin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişlə Azərbaycana Amerikanın birbaşa dövlət yardımının qadağan olunduğunu xatırladan E.Həsənli qeyd edib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi ABŞ-dan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi addımlar atmasını gözləsə də, bu günə qədər bu müşahidə olunmayıb: “Düzdür, rəsmi Vaşinqton Azərbaycan ərazi bütövlüyünü tanıyır və qəbul edir. Lakin ABŞ təcavüzkar Ermənistanla da əlaqələr qurur, işğal altında olan Dağlıq Qarabağa yardımlar da edir. Bütün bunlara baxmayaraq, Azərbaycan beynəlxalq sülh və əmin-amanlıq naminə, öz milli maraqlarından irəli gələrək Birləşmiş Ştatlarla əməkdaşlıq əlaqələrini davam etdirib”.

Ekspert bildirib ki, ayrı-ayrı siyasətçilərin ABŞ-da prezidentliyi dövründə Azərbaycanla əlaqələr gah müsbət və gah da mənfi məcrada inkişaf edib, bəzən ölkəmizə qarşı aqressiv mövqe tutulub, ikili standartlar siyasəti özünü göstərib: “Biz ümidvarıq ki, ABŞ Prezidenti Donald Trampın həm Səudiyyə Ərəbistanında təşkil olunan Ərəb-İslam-Amerika sammitində çıxışından, həm də bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevə 28 may – Respublika Günü və 24-cü Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi-konfransı ilə bağlı göndərdiyi məktublardan bəlli olduğu kimi, Birləşmiş Ştatlar iki ölkə arasında əməkdaşlıqda yeni səhifə açacaq”.

E.Həsənli vurğulayıb ki, regionda mühüm əməkdaşlıq platforması yaradan Azərbaycan müstəqil siyasət yürüdür: “Rusiya ilə İranın qonşuluğunda əhəmiyyəti coğrafi məkanda yerləşən Azərbaycan zəngin neft-qaz ölkəsidir. Həm Şimal ilə Cənubu, həm də Şərq ilə Qərbi birləşdirən böyük dəmir yolu xətti ölkəmizdən keçəcək. Bu mənada, Azərbaycanın dünya üçün əhəmiyyəti böyükdür. Dövlətimiz Ermənistandan başqa bütün dünya dövlətləri ilə əməkdaşlıq etməkdə maraqlıdır. Bu mənada, ikitərəfli və çoxtərəfli əsaslarla həyata keçirilən ölkələrarası əməkdaşlıq əlaqələrimiz milli maraqlarımıza tam uyğun şəkildə davam etdirilir. Rəsmi Bakının istər Rusiya və İranla, istər Qərb və Amerika Birləşmiş Ştatları, eləcə də Türkiyə, İsrail və digər dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı hər hansı bir ölkəyə qarşı yönəlməyib”.

Ümumilikdə Donald Trampın İslam dünyasına, o cümlədən Azərbaycana nümayiş etdirdiyi bu cür yanaşma mütəmadi olaraq antimüsəlman kampaniyası həyata keçirən Qərbin imperialist, islamofob qüvvələrinə tərs şillə vurdu.

Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Müstəqillik Günü ilə bağlı Prezident Donald Trampa göndərdiyi məktubda yer alan fikirlər rəsmi Bakının da Vaşinqtonla əlaqələrin daha da inkişafında maraqlı olduğunu, Ağ Ev sahibinin ölkəmizə olan isti münasibətindən məmnun qaldığını özündə ehtiva edir. Trampın vurğuladığı kimi, bu münasibətlər yalnız qarşılıq faydalı əməkdaşlığa hesablanmalı və heç bir halda iki ölkə arasında əlaqələrə zərbə vurmaq istəyən qüvvələrin qara fəaliyyətinə, bəzi xarici dairələrin ölkələrin daxili işlərinə qarışmaqla yürütdükləri çirkin kampaniyalara meydan verilməməlidir.

İstənilən halda, Azərbaycan dövləti heç bir xarici ölkəyə, siyasi dairəyə ölkəmizin daxili işlərinə qarışmasına imkan verməyəcək. Bu cür siyasət yürüdən qüvvələr gec ya tez, bunun yanlış yol olduğunu anlayacaq. Əks halda, bundan ən böyük ziyanı elə onlar görəcəklər. Çünki ölkələrlə əməkdaşlıq edərək qarşılıqlı fayda əldə etməkdənsə, intriqalar yaratmaq, münasibətləri korlamaqla ciddi nəsə əldə etmək mümkün deyil. Bu ilk növbədə, həmin dövlətlərin siyasi nüfuzuna mənfi təsir edən, onları hörmətdən salan məqamdır.

 

Nəriman HƏSƏNOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar