ELM VƏ TƏHSİL


Vaşinqtonda Azərbaycan Şənbə Günü Məktəbi növbəti tədris ilinə start verib VİDEO

Vaşinqton, 16 sentyabr, AZƏRTAC 

Vaşinqtonda yerləşən Azərbaycan Şənbə Günü Məktəbi yeni tədris ilinə start verib. 2017-ci ilin fevral ayında təsis edilmiş məktəbin dərsləri Vaşinqton şəhərindəki Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində keçirilir. Dərslər Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi tərəfindən təşkil edilir.

Şənbə Günü Məktəbinin könüllülük əsasında fəaliyyət göstərən müəllim heyətinin tərtib etdiyi təhsil proqramına Azərbaycan dili və ədəbiyyatı, ölkəmizin mədəniyyəti, ənənələri, coğrafiyası və tarixinə aid materiallar, habelə Azərbaycan milli rəqsləri barədə məlumat daxildir. Burada artıq uşaqlar üçün Novruz şənlikləri və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər də keçirilib. Hər il Novruz bayramı ərəfəsində Azərbaycan məktəbinin şagirdlərinə baharın gəlişi ilə bağlı adət-ənənələr barədə məlumat verilir, Novruz bayramına həsr edilmiş səhnəciklər göstərilir. Bu il Respublika Günü və Azərbaycanın müstəqilliyinin bərpası haqqında şagirdlərə geniş məlumat verilib.

Proqram 5-13 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Şənbə Günü Məktəbində keçirilən dərslər məktəblilərə Azərbaycan dilinin qrammatikasını öyrənmək, öz yaşıdları ilə ana dilində ünsiyyət saxlamaq, həmçinin Azərbaycan milli bayramlarını birlikdə qeyd etmək imkanı yaradır. Məktəbdə məşğələlər proqramının müəllifləri gələcəkdə tədris proqramını daha da genişləndirmək və zənginləşdirmək niyyətindədirlər.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.