Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Vəndam bələdiyyəsi yerli əhəmiyyətli məsələlərin həllində sakinlərin yanındadır

Qəbələ, 3 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Müstəqillik illərində regionlarımızın sürətli inkişafını Qəbələ rayonunun timsalında daha aydın görmək olar. Bu gün Qəbələ yalnız füsunkar təbiəti, əsrarəngiz gözəlliyi ilə deyil, eyni zamanda, özünün dinamik inkişafı ilə seçilən rayonlardan biridir. Qəbələ ölkənin mühüm sənaye və turizm mərkəzlərindən birinə, həmçinin beynəlxalq miqyaslı mədəniyyət tədbirlərinin, festivalların, idman yarışlarının keçirildiyi məkana çevrilib.

İndi Qəbələ özünün yeni inkişaf dövrünü yaşayır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası rayonun iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, əhalinin rifahının yaxşılaşmasına səbəb olub.

Regional inkişafa dair dövlət proqramlarının həyata keçirilməsində yerli icra strukturları ilə yanaşı, bələdiyyələr də yaxından iştirak edirlər. Qəbələ şəhərinin, eləcə də rayonun qəsəbə və kəndlərinin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələr öz fəallığını gündən-günə artırırlar. Bu gün Qəbələdə öz işini müasir dövrün tələblərinə uyğun şəkildə quran yerli özünüidarəetmə qurumlarından söz düşəndə, heç şübhəsiz ki, Vəndam bələdiyyəsinin adı xüsusilə qeyd olunur. Rayonun ən böyük yaşayış məntəqələrindən olan Vəndam qəsəbəsini və qonşu Seyidqışlaq kəndini əhatə edən bu bələdiyyə rayonun sosial-iqtisadi inkişafı prosesində yaxından iştirak edir, əhalinin güzəranının, sosial vəziyyətinin yaxşılaşmasına öz töhfəsini verir.

AZƏRTAC-ın bölgə müxbiri Vəndam qəsəbəsində olub, bələdiyyənin sədri Asif Həşimovla görülən işlər və qazanılan uğurlar barədə söhbət edib.

Bələdiyyə sədrinin məlumatına görə, ərazidə 3 mindən çox təsərrüfat var. Vəndam qəsəbəsində 10 min 600, Seyidqışlaq kəndində isə 600 nəfərədək əhali yaşayır. Qəsəbənin ümumi ərazisi pay torpaqları ilə birlikdə 6 min hektara yaxındır. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik, meyvəçilikdir. Bundan əlavə, son illər ailə turizmi ilə məşğul olanların sayı da xeyli artıb. Çünki yay aylarında qəsəbəyə xeyli sayda yerli turist gəlir və onların böyük əksəriyyəti evlərdə qalmağa üstünlük verir. Turizmin inkişafı əhalinin gəlirlərinin artmasına da müsbət təsir göstərir.

Vəndam bələdiyyəsi yerli əhəmiyyətli məsələlərin həllində hər zaman sakinlərin yanındadır. Qəsəbənin abadlaşdırılması, daxili yolların asfaltlaşdırılması daim diqqət mərkəzindədir. Təkcə son iki ildə bələdiyyənin vəsaiti ilə 4 kilometr uzunluğunda qəsəbədaxili yola asfalt çəkilib. Bundan əlavə, Şəhidlər xiyabanı kompleksinin, Şəhidlər bulağının ərazisi asfaltlaşdırılıb. Bu günlərdə qəsəbənin mərkəzindəki 1 kilometr uzunluğunda yola da asfalt döşənib.

Asif Həşimovun sözlərinə görə, qəsəbə əhalisinin içməli su ilə təminatı kolxoz dövründə çəkilmiş daxili şəbəkə, həmçinin bələdiyyənin dəstəyi ilə son illər çəkilən və 3800 metr məsafədən gələn bulaq suyu ilə ödənilir. Bundan əlavə, qəsəbənin ərazisindəki dövlət vəsaiti ilə qazılmış subartezian quyusu üçün bələdiyyənin vəsaiti ilə 10 tonluq su çəni və paylaşdırıcı qurğu da alınaraq quraşdırılıb. Hazırda qəsəbə ərazisində hər bir fərdi ev içməli su xətti ilə təmin olunub.

Həmsöhbətimiz bildirib ki, qəsəbənin mərkəzindən respublika əhəmiyyətli magistral yol keçdiyi üçün bələdiyyə tərəfindən ərazinin abadlaşdırılmasına, təmiz saxlanılmasına, məişət tullantılarının saxlanc yerlərinə daşınmasına, yaşıllıqların qorunmasına, yeni yaşıllıq zolaqlarının salınmasına xüsusi diqqət yetirilir. Məişət tullantılarının daşınması üçün bələdiyyənin vəsaiti ilə bir ədəd özüboşaldan yük avtomobili alınıb, daha bir avtomobil icarəyə götürülüb. Vəndam çayının hövzəsində, bələdiyyə ərazisində, çay sularından uzaq bir yerdə tullantıların müvəqqəti saxlanması və torpağa basdırılması üçün müvafiq dövlət qurumlarının razılığı ilə xüsusi yer ayrılıb. Orada daimi olaraq təmizlik işləri aparılır, kanallar qazılır, tullantılar basdırıldıqdan sonra üstü örtülür. Qəsəbənin müxtəlif yerlərində, ayrı-ayrı məhəllələrdə sakinlər tərəfindən atılan tullantıların müvəqqəti toplanması üçün xüsusi saxlanc yerləri də yaradılıb. Əhali arasında maarifləndirmə işləri aparılıb, sakinlər tullantıları həmin yerlərə atırlar. Sonra texnikanın köməyi ilə tullantılar ərazidən kənara daşınır.

Bələdiyyə ərazisindəki qəbiristanlıqlarda sakinlərin də iştirakı ilə vaxtaşırı iməciliklər keçirilir, səliqə-sahman işi aparılır.

Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə Vəndam qəsəbəsinin igid oğulları da mərdliklə vuruşaraq şanlı Qələbənin qazanılmasına öz töhfəsini veriblər. Bələdiyyə sədri ilə söhbət zamanı məlum oldu ki, qəsəbə Birinci Qarabağ müharibəsində 17, Vətən müharibəsində isə 3 şəhid verib. Vəndamlılar Vətən uğrunda canlarından keçən şəhidlərimizlə, o cümlədən yalnız Qəbələnin deyil, bütün Azərbaycanın fəxr etdiyi qəhrəman oğullarımızdan olan Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla hər zaman qürur duyurlar.

Ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən oğullarının ailələrinə, eləcə də döyüşlərdə sağlamlıqlarını itirən qazilərə qəsəbə bələdiyyəsi tərəfindən daim diqqət və qayğı göstərilir. Bələdiyyə sədrinin sözlərinə görə, son vaxtlar Vətən müharibəsi qazisi Turan Muradovun mənzilinin təmir, Birinci Qarabağ müharibəsinin iştirakçısı Abdulhəmid Əzizovun evinin dam örtüyünün rənglənməsi üçün maddi yardım edilib. Digər qazilərə də müxtəlif məqsədlər üçün qəsəbə bələdiyyəsindən yardımlar verilib. Cari ilin sentyabrında Birinci Qarabağ müharibəsi əlili, həmçinin ahıl, xəstə sakinin müalicəsi, daha bir qazinin müalicə xərclərinin ödənilməsi üçün bələdiyyə tərəfindən vəsait ayrılıb.

Asif Həşimovun məlumatına görə, Vətən müharibəsində sağlamlığını itirən 5 qazinin ailəsinə Vəndam bələdiyyəsinin qərarı ilə pulsuz olaraq ümumilikdə 33 sot torpaq sahəsi verilib. Ayrılmış torpaq sahələrində indiyədək dövlət tərəfindən 3 ailə üçün ev tikilib. Tezliklə iki evin də tikintisinə başlanılacaq. Hazırda daha 6 qaziyə torpaq sahəsinin ayrılması üçün sənədləşmə işi aparılır.

Bundan əlavə, bu il yüksək balla ali məktəbə daxil olan bir tələbəyə bələdiyyə tərəfindən pul mükafatı verilib. Yeni dərs ili ərəfəsində maddi imkanları zəif olan 7 ailənin övladlarına məktəb ləvazimatlarının alınması üçün yardım da göstərilib.

Sədr bələdiyyə büdcəsinin formalaşmasından danışarkən bildirib ki, əsas mənbə torpaq və əmlak vergisindən, həmçinin bələdiyyə torpaqlarının icarəyə verilməsi və özəlləşdirilməsindən daxil olan vəsaitlərdir. Bu mənbələrdən ötən il bələdiyyə büdcəsinə 63 min 880 manat, cari ilin 9 ayında isə 69 min 255 manat vəsait daxil olub. “Vətəndaşlarımız öz bələdiyyəsinin inkişafında maraqlıdırlar, həyata keçirilən işlərə dəstək göstərirlər. Hələlik gündəlik, aylıq gəlir gətirəcək müəssisə yarada bilməmişik. Ancaq bu, gələcək panlarımızdan biridir. Elə bir müəssisə quraq ki, gəlirlərimizin artmasına, yeni iş yerlərinin açılmasına imkan yaratsın. Bu, ticarət mərkəzi, xidmət sahəsi, məsələn, avtomobil yuma məntəqəsi də ola bilər”, - deyə o vurğulayıb.

Həmsöhbətimiz bildirib ki, Vəndam bələdiyyəsi fəaliyyətini Qəbələ Rayon İcra Hakimiyyəti, eləcə də digər dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində qurub. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin iştirakı ilə qəsəbə sakinləri ilə keçirilən səyyar qəbullar zamanı vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilir, qaldırılan məsələlər nəzarətə götürülür. Qəsəbə bələdiyyəsi də vətəndaşları narahat edən məsələlərin həllində rayon icra hakimiyyətinə, dövlət orqanlarına imkanı daxilində dəstək olur, kömək edir. Çalışır ki, vətəndaşlar narazı qalmasınlar.

Bələdiyyə sədri ilə söhbət zamanı tez-tez mobil telefonuna zənglərin gəldiyinin şahidi olduq. Sakinlər müxtəlif məsələlərlə bağlı müraciət edirdilər. Asif Həşimov deyir ki, sakinlərin müraciətlərinə həssaslıqla yanaşmaq, onları narahat edən məsələlərin həllinə kömək etmək lazımdır. Əks təqdirdə seçicilərin bələdiyyəyə olan etibarı, inamı azalar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub