Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vergi orqanında işləmək fərqli məsuliyyət, səriştə və əzmkarlıq tələb edir

Vergi orqanında işləmək fərqli məsuliyyət, səriştə və əzmkarlıq tələb edir

Bakı, 1 iyun, AZƏRTAC

Dünyada insan resurslarının idarə edilməsi sahəsində tendensiyaların sürətlə dəyişdiyini nəzərə alaraq, Vergilər Nazirliyi insan resurslarının idarə edilməsi üzrə fəaliyyətini bu tendensiyalara uyğun olaraq durmadan təkmilləşdirməyə çalışır. Mövzu ilə bağlı nazirliyin İnsan resursları departamentinin baş direktoru Faiq Şahbazovun AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- Faiq müəllim, Vergilər Nazirliyinin insan resursları strategiyasının prioritetlərini ümumi şəkildə necə səciyyələndirə bilərsiz?

- Hazırda Vergilər Nazirliyinin insan resursları strategiyasının qarşısında duran əsas prioritetlərə kadrların seçilməsi və yerləşdirilməsində vergi orqanlarının spesifik xüsusiyyətlərinin, cari və perspektiv hədəflərinin nəzərə alınması, rəhbər vəzifələrə kadrların daha planlı və sistemli hazırlanması, vəzifə tutan şəxslərin idarəetmə sahəsində bacarıqlarının artırılması, əməkdaşların fəaliyyətinin qiymətləndirilməsinin daha obyektiv, hərtərəfli və nəticəyönümlü aparılması, vergi orqanları əməkdaşlarının təliminin onların fərdi karyera inkişafı ilə birbaşa əlaqələndirilməsi, effektiv həvəsləndirmə sistemi qurmaqla peşəkar kadrların vergi orqanlarına cəlb edilməsi və saxlanılması daxildir.

Xüsusilə son dövrlərdə görülən bütün bu işlər dövlət vergi orqanlarında insan resurslarının idarə edilməsinə yeni yanaşmanın əsasını qoyur. Bunun əsas mahiyyəti isə insan resurslarının idarə olunmasında ümumi yanaşmadan fərdi yanaşmaya və “istedadın idarə olunmasına” (talent management) keçidin təmin edilməsidir.

- Vergilər Nazirliyi gənc kadrların potensialından necə istifadə edir?

- Biz həmişə gənclərin bol enerjisindən, müasir dünyagörüşündən, yeniliklərə meyilliliyindən, onların cəmiyyətdə özlərini sübut etmək və nüfuz qazanmaq istəyindən irəli gələn təşəbbüskarlığından yararlanmağa çalışmışıq. Potensiallı gəncləri dövlət vergi orqanlarında xidmətə cəlb etmək və bu potensialdan səmərəli şəkildə faydalanmaq Vergilər Nazirliyinin insan resursları siyasətinin başlıca istiqamətlərindəndir.

2005-ci ildən başlayaraq dövlət vergi orqanlarına işə qəbul üzrə keçirilmiş ümumilikdə 12 müsabiqə nəticəsində 1258 nəfər gənc vergi orqanlarında işlə təmin edilib. Bu gün vergi orqanlarında xidmət keçən vəzifəli şəxslərin təxminən 47,3 faizi yaşı 35-ə qədər olan gənclərdir. Vergilər Nazirliyi gənc kadrların daha yuxarı vəzifələrə irəli çəkilməsi baxımından da fərqlənir. Yuxarı menecer vəzifələrinin tutulması üçün potensiallı kadrların müəyyən edilməsi və onların sistemli olaraq həmin vəzifələrə hazırlanması məqsədilə nazirliyin kadr ehtiyatı formalaşdırılıb ki, hazırda bu ehtiyatda kifayət qədər gənc kadrlarımız var. Qeyd edilən kadr ehtiyatında olan, habelə orta menecer vəzifələrinə yeni təyin edilən gənc əməkdaşlarımız üçün mütəmadi olaraq hər il idarəetmə sahəsində təlimlər təşkil olunur. Görülən işlərin nəticəsidir ki, hazırda rəhbər vəzifəli şəxslərin 32,2 faizinin yaşı 35-dən aşağı olan əməkdaşlar təşkil edir.

- Vergi orqanlarında işləmək istəyənlər üçün keçirilən son imtahanların nəticələrini qənaətbəxş hesab etmək olarmı?

- Dövlət vergi orqanlarının kadr tələbatını nəzərə alaraq, 2017-ci ildə iki müsabiqə keçirmişik. Müsabiqələrin obyektiv, şəffaf və peşəkar təşkili üçün bütün zəruri addımlar atılıb: KİV-də ətraflı məlumatı əks etdirən müsabiqə elanları dərc edilib, namizədlərin qeydiyyatı onlayn qaydada aparılıb, test imtahanına hazırlıq üçün imtahan proqramları əvvəlcədən nazirliyin internet saytında yerləşdirilib, müsahibələrin videoçəkilişi aparılıb, müsabiqələrin hər mərhələsi, o cümlədən nəticələri üzrə məlumatlar ictimaiyyətə çatdırılıb və s.

Müsabiqələrdə iştirak etmək üçün ümumilikdə 4976 nəfər (birinci müsabiqədə 3532 nəfər, ikinci müsabiqədə 1444 nəfər olmaqla) vətəndaş müraciət edib. İndiyədək keçirilmiş müsabiqələr içərisində həm müraciət edənlərin, həm də namizəd kimi qeydə alınanların sayı baxımından ən yüksək göstərici bu müsabiqələrdə müşahidə olunub. Müsabiqələrin test imtahanı mərhələsində 92 nəfər uğur qazanaraq müsahibə mərhələsinə buraxılıb, həmin mərhələdə isə 83 nəfər müvəffəqiyyət əldə edərək ehtiyat kadrlar siyahısına daxil edilib. Onlardan 58 nəfəri artıq analoji vakant vəzifələrə təyin olunub. Hazırda işə yeni qəbul edilənlər Vergilər Nazirliyinin Tədris Mərkəzində ilkin hazırlıq kursu keçirlər.

Ümumilikdə, göstərilən nəticələr bizim üçün qənaətbəxş olsa da, fikrimcə, namizədlərin hazırlıq səviyyələrini artırmağa ehtiyac var. Çünki dövlət orqanlarında, ələlxüsus xüsusi növ dövlət orqanında xidmət keçmək fərqli məsuliyyət, səriştə və əzmkarlıq tələb edir. Bu gün bütün dünyada, o cümlədən ölkəmizdə iqtisadiyyatın inkişafında yanaşmalar və islahatlar sürətlə dəyişməkdədir. Namizədlər də həmin dəyişikliklərlə ayaqlaşmalı, bu proseslərin müşahidəçisi deyil, iştirakçısına çevrilməlidirlər. Bunun üçünsə onlar daim sistemli şəkildə öz üzərlərində işləməli, biliklərini yeniləməli, mütaliə etməlidirlər. Əksər hallarda namizədlərin müsabiqələrdə uğur qazanmamasının əsas səbəbi onların dünyada gedən ümumi proseslər barədə məlumatlarının zəif olması, iş seçimlərinin təsadüfiliyi, bəzən də biliklərinin daha çox əzbərçilik xarakteri daşıması olur.

Sonuncu müsabiqələr xüsusilə regionlarda yerləşən vergi orqanlarının kadr tələbatının ödənilməsində mühüm rol oynadığından, deyə bilərəm ki, biz bu müsabiqələrin keçirilməsində qarşıya qoyulmuş məqsədlərə ümumilikdə nail olduq.

- Kadrların peşəkarlığının artırılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, əcnəbi ekspertlərin iştirakı ilə keçirilən treninq və seminarlar barədə nə deyə bilərsiniz?

- İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və uyğun təcrübələrin tətbiqi üçün Vergilər Nazirliyi zəruri beynəlxalq əməkdaşlıq həyata keçirir. Bu sahədə xüsusən Avropa İttifaqının “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” tvinninq layihəsini qeyd etmək istərdim. Layihə çərçivəsində nazirliyin əməkdaşları insan resurslarının idarə edilməsi, risklərin analizi üçün informasiyaların toplanması və təhlili üsulları sahəsində İspaniya və Fransa Vergi Administrasiyalarının ən yaxşı təcrübələrini öyrəniblər.

Öyrənilmiş təcrübə əsasında insan resurslarının inkişafı sahəsində strategiya və tədbirlər planının layihəsi hazırlanıb. Həmçinin insan resurslarının idarə edilməsi sahəsində bir sıra qaydalar, təlimat və tövsiyələr təsdiq edilib ki, onların içərisində “Dövlət vergi orqanlarında orta menecer vəzifələrinin tutulması üçün keçirilən müsahibə Qaydaları”nı, “Dövlət vergi orqanlarında yuxarı menecer vəzifələrinin tutulması üçün kadr ehtiyatının yaradılması və idarə olunması Qaydaları”nı ayrıca vurğulamaq istərdim. Bundan əlavə, onlayn təlim sistemi təkmilləşdirilib, tədris-təlim proqramları və üsulları yenilənib, təlim keçmək üçün metodik materiallar hazırlanıb. Layihə çərçivəsində əməkdaşların uzunmüddətli təlim tələbatları öyrənilib və bu tələbatlar illik təlim planlarının tərtibi zamanı nəzərə alınıb.

Ümumilikdə layihənin icrası müddətində nazirliyin 150 əməkdaşı xarici ekspertlərin cəlb olunduğu 35 işçi seminarda və təlimdə 30 mövzu üzrə ən son təcrübə ilə yaxından tanış olub. Təbii ki, insan resurslarının idarə edilməsi sahəsində qarşımızda duran prioritetlərə uyğun olaraq yeni beynəlxalq əməkdaşlıq istiqamətlərini daim araşdırırıq.

- “2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası” ilə bağlı İnsan resursları departamenti hansı işləri yerinə yetirir?

- Vergilər nazirinin əmri ilə təsdiq edilmiş “2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası”nda nazirliyin potensial imkanlarından biri kimi onun malik olduğu insan kapitalı xüsusi vurğulanır və idarəetmədə səmərəliliyinin artırılması, əməkdaşların tədris və təlim prosesinin təkmilləşdirilməsi strateji məqsədlər kimi müəyyən edilir.

İnkişaf Strategiyasının icrası məqsədi ilə təlim-tədris proseslərinin daxili hüquqi bazası yenilənib, əməkdaşların peşə hazırlığının təşkilinin yeni qaydaları, həmçinin bir sıra metodiki təlimat və tövsiyələr qəbul edilib. Təlim-tədris proseslərinin lazımi səviyyədə təşkili üçün infrastruktur kifayət qədər təkmilləşdirilib. Bu gün Vergilər Nazirliyinin Şamaxı rayonunda ən müasir auditoriyalarla, texniki avadanlıqlarla, dinləyicilərin və təlimçilərin qalması üçün yataqxanalarla təchiz edilmiş Tədris Mərkəzi fəaliyyət göstərir.

İKT-nin imkanlarından istifadə etməklə 2015-ci ildən onlayn rejimdə iş yerindən ayrılmadan əməkdaşlar üçün e-təlimlər təşkil edilir ki, bu da az xərc və vaxt sərf etməklə təlim proseslərinin intensivləşməsinə imkan verir. Məncə, təkcə bu rəqəmləri demək kifayətdir ki, 2016-cı il ərzində 2876 nəfər e-təlimlərə cəlb edilib. Cari ilin yanvar-may aylarında isə 1063 nəfər əməkdaş onlayn təlimlərdə iştirak edib.

2016-cı ildən başlayaraq vergi orqanlarının fəaliyyət sahələri üzrə əməkdaşların bilik və bacarıqlarının sertifikatlaşdırılmasına başlanıb. Bu isə əsasən vergi orqanlarının spesifik kadr tələblərinin nəzərə alınması və ayrı-ayrı sahələr üzrə kadrların ixtisaslaşmasına xidmət edir.

Nazirlik tərəfindən təşkil edilən təlim və kursların, habelə onlayn təlimlərin səmərəliliyinin artırılması məqsədi ilə vergi orqanlarının təlimçi qismində iştirak edən əməkdaşları üçün yerli və xarici ekspertləri cəlb etməklə hər il “Təlimin əsasları” mövzusunda təlimlər təşkil edilir. Əsas məqsəd nazirliyin təlimlərində müasir təlim metodlarından və texnologiyalarından istifadənin genişləndirilməsidir.

Bunlarla yanaşı, idarəetmədə səmərəliliyin artırılması məqsədi ilə vergi orqanları əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsinin yeni mexanizmi hazırlanmaqdadır. Bu mexanizm İKT-nin imkanlarından istifadə etməklə qiymətləndirmə proseslərinin mümkün qədər avtomatlaşdırılmasına və subyektivliyin tam aradan qaldırılmasına, resursların mütənasib paylanılmasına xidmət edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO