REGİONLAR
Vergilər naziri Qaxda vətəndaşları qəbul edəcək
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, bu il sentyabrın 22-də vergilər naziri Fazil Məmmədov Qax rayon vergiödəyicilərinə xidmət mərkəzində (ünvan: Qax şəhəri Heydər Əliyev prospekti) Qax, Şəki, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və
vergiödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.
Qax, Şəki, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar 13 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Baqiyev Elmar Mayis oğlu, əlaqə telefonu (024-225-26-93), mobil (050-382-79-92), Qax Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Məmmədov Azad Rasim oğlu, əlaqə telefonu: (024-255-52-30), mobil (055-614-14-76), Şəki Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Rəsulov Rahim Müzəffər oğlu, əlaqə telefonu: (024-244-33-35), mobil (050-369-75-60) və Balakən Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Məmmədov Taleh Abdulla oğlu, əlaqə telefonu: (024-295-20-57), mobil (055-966-31-15) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.