REGİONLAR


Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Vergilər nazirinin müavini Mətin Eynullayev Ağsu rayonunda yerləşən Vergi Ödəyicilərinə Xidmət Mərkəzində Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbulda vergi qanunvericiliyi və inzibatçılığı, həmçinin vergi nəzarəti tədbirlərinin nəticələrinə yenidən baxılması, vergi orqanlarına işə qəbul və bərpa olunma ilə bağlı bir sıra məsələlərə baxılıb.

Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.