Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Vətənə bağlı ömür yaşayanlara həsr edilmiş mədəniyyət müəssisəsi - Şahtaxtinskilər Muzeyi

Kəngərli, 3 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 9 fevral tarixli Sərəncamı ilə Kəngərli rayonunun Şahtaxtı kəndində yaradılan Şahtaxtinskilər Muzeyi Azərbaycanda elmin, mədəniyyətin, təhsilin, səhiyyənin, dövlət quruculuğunun və hərb sənətinin inkişafında mühüm xidmətləri olan Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələrinin həyat və fəaliyyətinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

Görkəmli diplomat Behbud ağa Şahtaxtinski

Şahtaxtinskilər nəsli ölkəmizə Azərbaycan elmi və ictimai-siyasi mühitində tanınmış dövlət xadimi və diplomat, beynəlxalq Moskva və Qars müqavilələrinin bağlanmasında müstəsna xidmətlər göstərmiş Behbud ağa Şahtaxtinski, görkəmli publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtlı, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, Azərbaycan Parlamentinin ilk üzvlərindən Həmid ağa Şahtaxtinski, görkəmli rəssam Elmira Şahtaxtinskaya kimi şəxsiyyətlər bəxş edib. Bu nəslin nümayəndələri hansı dövrdə yaşamalarından asılı olmayaraq, xalq üçün böyük fədakarlıqlar göstərib, Vətənə bağlı ömür yaşayıblar. Onların keçdikləri ömür yolu hər kəs üçün nümunədir.

Zalın ilk guşəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şahtaxtinskilər Muzeyinin yaradılması haqqında” 9 fevral 2010-cu il tarixli Sərəncamı, Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələri haqqında məlumatlar yer alıb. Ekspozisiyanın ikinci guşəsi isə Şahtaxtinskilər nəslinin görkəmli nümayəndəsi Behbud ağa Şahtaxtinskiyə həsr olunub. Burada Behbud ağa Şahtaxtinskinin həyat yolunu əks etdirən məlumatlar və fotoşəkillər nümayiş etdirilir. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 21 fevral tarixli Sərəncamına əsasən tanınmış ictimai-siyasi xadimin yubileyi qeyd olunub, onun adına poçt markaları və zərflər buraxılıb.

Görkəmli şəxsiyyətə həsr olunmuş “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar”, “Behbud ağa Şahtaxtinski və Qars müqaviləsi” kitabları, o cümlədən Behbud ağa Şahtaxtinskiyə aid arxiv sənədləri, Naxçıvan şəhərindəki Behbud ağa Şahtaxtinski küçəsinin fotoşəkli, “Baraban” jurnalının 1912-ci ilə aid 1 və 2 nömrəli, həmçinin 1913-cü ilə aid 1 nömrəli buraxılışları muzeyin dəyərli eksponatları sırasındadır.

Tanınmış publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtlı

Növbəti guşə görkəmli publisist və ictimai xadim Məhəmməd ağa Şahtaxtlıya həsr olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli ictimai xadim, publisist və maarifçi Məhəmməd ağa Şahtaxtlının anadan olmasının 160 illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında” 2006-cı il 27 fevral tarixli Sərəncamına əsasən görkəmli ictimai xadimin 160 illik yubileyi qeyd edilib, Naxçıvan şəhərindəki Kitab Evinə Məhəmməd ağa Şahtaxtlının adı verilib, seçilmiş əsərləri nəşr olunub. Məhəmməd ağa Şahtaxtlıya həsr olunmuş vitrinlərdə “Şərqi-Rus” qəzetinin başlığının surəti, mətbəəni Mirzə Cəlilə bağışlaması haqqında ərizə və şəhadətnamənin surəti, Məhəmməd ağa Şahtaxtlının yeni əlifba layihəsinin, tərcümə etdiyi “Müsəlman aləmində günəş hesablanması”, “Türkiyənin baş vəziri Kamil paşanın qeydləri” kitablarının surətləri, məqaləsinin çap olunduğu məcmuə, seçilmiş əsərləri və “Məhəmməd ağa Şahtaxtlı: taleyi və sənəti” kitabları, onun adını daşıyan Naxçıvan şəhərindəki Kitab Evinin fotoşəkli yer alır.

Görkəmli maarifçi Həmid ağa Xəlil oğlu Şahtaxtinski

Növbəti guşə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü, görkəmli maarifçi Həmid ağa Xəlil oğlu Şahtaxtinskiyə həsr olunub. Bu guşədə Həmid ağa Şahtaxtinski haqqında məlumat, onun fotoşəkli və haqqında bəhs edən qəzet materialları nümayiş etdirilir.

Azərbaycan Respublikasının Xalq rəssamı Elmira Həbibulla qızı Şahtaxtinskaya

Digər guşədə Azərbaycan Respublikasının Xalq rəssamı Elmira Həbibulla qızı Şahtaxtinskaya haqqında məlumat, onun fotoşəkli, albom-kataloqu və digər sənədlər mühafizə olunur. Rəssamın oğlu Altay Sadıxzadə tərəfindən çəkilmiş Elmira Şahtaxtinskayanın portreti və digər portretlər də muzeyin dəyərli eksponatları sırasındadır. Eyni zamanda burada Elmira Şahtaxtinskayanın “Sozopol” mənzərəsi və “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakat silsiləsinə aid əsərləri də nümayiş olunur.

Tanınmış diplomat Aleksis Cahangir ağa oğlu Şahtaxtinski

Başqa bir guşə isə Aleksis (Ələsgər) Cahangir ağa oğlu Şahtaxtinskiyə həsr olunub. 1967-ci ildə Strasburq şəhərində anadan olan Aleksis (Ələsgər) Cahangir ağa oğlu Şahtaxtinski 1993-cü ildən diplomat kimi fəaliyyətə başlayıb. Yuqoslaviya müharibəsi dövründə NATO-nun qurumlarında çalışan Aleksis, həm də Moskvada bu təşkilatın təmsilçisi olub. Rusiya Federasiyası ilə NATO arasında saziş bağlanandan sonra 1997-ci ildən 1999-cu ilədək məlumat bürosunun rəhbəri işləyib. Sonralar Brüsseldə NATO-nun Baş katibinin mətbuat katibi kimi fəaliyyət göstərib. Belarusda Fransa səfirliyində müşavir işləyən Aleksis bu illərdə həm də Diplomatiya Akademiyasını bitirib. 2007-ci ildən ATƏT-in Bakı ofisində fəaliyyət göstərib.

Aleksis Şahtaxtinski 1991-ci ildə Naxçıvana – Şahtaxtı kəndinə gələrək, 2010-cu ildə buradakı Şahtaxtinskilər Muzeyinin açılışında iştirak edib. Aleksis Şahtaxtinskiyə həsr olunmuş qəzet materialları, atası Cahangir ağa Şahtaxtinski və babası Məhəmməd ağa Şahtaxtlının fotoşəkilləri hazırda bu guşədə nümayiş olunmaqdadır.

Şahtaxtinskilər nəslinin digər nümayəndələri

Növbəti guşədə Şahtaxtı kəndinin görkəmli nümayəndələrindən olan İsa Sultan Şahtaxtinski, Toğrul Şahtaxtinski, Məhəmmədəmin Şahtaxtinski, Əbülfət ağa Şahtaxtinski, Adilə Şahtaxtinskaya, Zəhra Şahtaxtinskaya, Baxşəli ağa Şahtaxtinski, Həbibullah Şahtaxtinski, Ətaulla Şahtaxtinskinin fotoşəkilləri sərgilənir. Bir sözlə, Şahtaxtinskilər Muzeyi hazırda bu tanınmış nəslin nümayəndələri haqqında mühüm məlumatların mühafizə olunduğu və nümayiş etdirildiyi məkandır.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2017-ci ildə bu mədəniyyət müəssisəsi yenidən qurulub, burada fond otağı yaradılıb, ətrafda abadlıq işləri həyata keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər