CƏMİYYƏT


“Vətənim Azərbaycan” intellektual oyun layihəsinin Lerik rayonunda seçim turu keçirilib

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olan “Vətənim Azərbaycan” layihəsi çərçivəsində təşkil olunan intellektual bilik yarışının Lerik şəhərindəki Heydər Əliyev Mərkəzində seçim turu keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda 17-23 yaşlı gənclərdən ibarət 8 komanda mübarizə aparıb.

Layihənin məqsədi Azərbaycanın tarixini və mədəniyyətini intellektual oyunlar vasitəsilə gənclər arasında təbliğ etmək, fəal və yüksək intellektli gəncləri üzə çıxarmaq, region və respublika turnirlərində onların iştirakına dəstək olmaqdır.

Yarışın açılış mərasimində çıxış edən layihə rəhbəri Famil Məmmədov layihə haqqında komanda üzvlərini məlumatlandırıb.

Lerik rayon gənclər və idman idarəsinin rəisi Natiq İsaqov Azərbaycan dövlətinin gənclər sahəsində həyata keçirdiyi siyasət nəticəsində əldə olunan uğurlardan, eləcə də rayonda bu sahədə görülən işlərdən danışıb.

Yarışda iştirakçılar Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı və coğrafiyasına dair sualları cavablandırıblar. Yekunda ilk iki yeri tutan “Aysberq” və “İnternat” komandaları yanvarın 29-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Növbəti seçim turu yanvarın 11-də Astara rayonunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.