ELM VƏ TƏHSİL


“Vikipediya”da Muğan hadisələri ilə bağlı məqalə əsaslı redaktə olunub

Bakı, 20 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Azərbaycan dili bölməsində tariximizlə bağlı məqalələrin yaradılması, redaktə edilməsi və genişləndirilməsi prosesi davam edir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, “Vikipediya”nın Azərbaycan dili bölməsində 1918-1919-cu illərdə baş vermiş Muğan hadisələri barədə məqalə əsaslı redaktə olunub.

Məqalədə qeyd olunub ki, Rusiyada vətəndaş müharibəsi illərində Muğanda ağqvardiyaçılar və Azərbaycan qüvvələri arasında qarşıdurma nəticəsində Muğan Sovet Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil oldu.

Bundan əlavə “Rus inqilabından öncə Muğan”, “Muğan hadisələrinin başlanğıcına qədər Qafqazdakı siyasi vəziyyət”, “Rus, Azərbaycan sakinləri arasında müharibə (1918-ci ilin yanvar-mart ayları)”, “Bakıdakı hadisələr fonunda Muğan (1918-ci ilin mart - avqust ayları)”, “Muğan Diyar Hökuməti (1918-ci il avqust - 1919-cu il aprel)”, “Muğan Sovet Respublikasının yaranması (1919-cu il fevral - may ayları)”, “MSR-ı ilə Ağ muğanlılar və müsəlman üsyançılar arasında qarşıdurma (iyun - iyul 1919)”, “Muğanda Azərbaycan hakimiyyətinin qurulması (1919-cu ilin avqustu)”, “Sonrakı hadisələr” sərlövhəli məqalələrdə maraqlı tarixi faktlar öz əksini tapıb.

Məqalə ilə daha ətraflı qeyd olunan linkdə tanış olmaq mümkündür.

Qeyd edək ki, hazırda “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 155 mini keçib. Bu ilin sonunadək məqalələrin sayının 160 mini keçəcəyi proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.