DÜNYA


Virtual reallıq üçün ilk kostyum yaradılıb

Bakı, 4 iyul, AZƏRTAC

“Holosuit” şirkəti “Kickstarter” platformasında əlavə və virtual reallıq proqramları üçün nəzərdə tutulan “HoloSuit” kostyumunun buraxılışı üçün 53 min dollar toplayıb.

AZƏRTAC “Life” resursuna istinadən bildirir ki, unikal texnologiya 6 düymə, 36 hərəkət ötürücüsü, əl, ayaq və bədəndə yerləşən 9 əks-rabitə zonası, eləcə də 10 barmaqda əks-rabitə nöqtələri ilə təchiz edilib. Sistem tam simsiz işləyir.

Məlumata görə, kostyumu fərdi kompüter, smartfon, virtual reallıq qarniturlarına qoşmaq mümkündür. Qurğu idman oyunları, virtual reallıq attraksionları, tibb, təhsil və sənaye seqmentlərində istifadə üçün nəzərdə tutulub.

Ötürücülər və əks-rabitə ilə təchiz edilən gödəkcə, əlcək və şalvardan ibarət dəstin qiyməti 999 dollar təşkil edir. Qurğunun noyabrda satışa çıxarılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.