SİYASƏT


Vışeqrad Qrupunun bəyanatında tərəfdaş ölkələrin ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunub

Bakı, 14 may, AZƏRTAC

Bu il mayın 6-da Slovakiya Respublikasının sədrliyi çərçivəsində Vışeqrad Qrupunun xarici işlər nazirləri və Şərq Tərəfdaşlığı ölkələrinin Bratislava şəhərində keçirilmiş görüşü nəticəsində Vışeqrad Qrupu tərəfindən qəbul edilmiş bəyanat dərc edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bəyanatda son 10 il ərzində Şərq Tərəfdaşlığı ölkələrinin əldə etdiyi uğurlar və proqramın icrasının nəticələri, eləcə də növbəti 10 il üçün baxışlar və məqsədlər öz əksini tapıb. Həmçinin bəyanatda sözügedən proqramın Avropa İttifaqının gündəliyində saxlanılmasının vacibliyi və ortaq fundamental dəyərlərə və beynəlxalq hüquq prinsiplərinə, insan hüquqlarına və demokratiyaya, qanunun aliliyinə, hesabatlılıq və yaxşı idarəçiliyə, dayanıqlı inkişaf və bazar iqtisadiyyatına əsaslanan ümumi öhdəliklərə uyğun olaraq nadir Avropa qonşuluq siyasətinin davam etdirilməsinə qarşılıqlı maraq qeyd edilib.

Vışeqrad Qrupunun bəyanatında sözügedən qrupa daxil olan ölkələrin bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə birmənalı dəstək verdiyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.